İslam demokratik deyil!!!
8 sentyabr 2011
10:26
Uzun illərdir “islam və demokratiya” mövzulu moizələr eşidirəm. Qərara gəldim ki, bu böyük və əhatəli mövzu ətrafında fikirlərimi bölüşüm.
Tarixi arqument
Əvvəlcə demokratiya ideyasının islamdan sonra ortaya çıxdığını, yalnız XX əsrdə demokratiya ideyasının prioritetə çevrildiyini nəzərə alaq.
İslamın meydana çıxdığı dövrlərdə demokratiya mövcud deyildi, düzdür ondan qabaq Yunan demokratiyası vardı, lakin bu, kövrək demokratiya idi, bu günkü demokratiya prinsipləri baxımından antidemokratik belə hesab oluna bilərdi.
Bununla belə islamda elitar demokratiya vardı, xəlifə seçimlə idi, lakin onu o zamanın elitası olan Qüreyşlər seçirdi.
Hədislərdə də xəlifənin Qüreyşdən olması barədə qəti müddəa var.
İlk xəlifələrin hamısı Qüreyşdən olub, hətta adı nifrətlə çəkilən Yezid belə…
Dinin totalitarizmi, demokratiyanın liberallığı
Hər hansı bir dindən demokratiya gözləmək ona daşıya bilmədiyi şeylə yükləmək olardı.
Bu baxımdan istisna yaponların milli şintoizm dinidir, şinto həm buddist, həm də konfutsiçi ola bilər.
Lakin böyük dinlər, xüsusilə də islam və xristianlıq tarixi müxaliflərinə qarşı zorakılıqla doludur.
Avropadakı bidətçi ovu, inkvizisiya məhkəmələri, İslam şərqində filosoflara qarşı olan repressiya əməlləri qanlı tarixin səhifələri olmaqla bərabər həm də bu dinlərin fərqli düşüncəyə qarşı mövqeyini ortaya qoyur.
Anladım, sevişmək qırmızı
Müasir dillə nikahdan kənar sevişmə, dini terminologiyada zina adlandırılan əməlin Qurandakı cəzasına baxaq.
Nur surəsinin 2-ci ayəsində Allaha və Axirət gününə inananların zina edən kişi ya da qadına yüz şallaq vurulmasını, bu cəzaya görə onlara mərhəmət olunmaması və bir qrup möminin də tətbiq edilən cəzaya şahid olması barədə yazılıb.
Quranın bu ayəsindən başqa bəzi insanlara da bu cəzanın tətbiq edilməsi barədə hədislər vardır
Mürtədin cəzası ölümdür
İnsanın istədiyi dinə inanması hüququ olduğu kimi öz dinini dəyişmək hüququ da var. Gəlin, görək islam din dəyişmək hüququndan istifadəyə necə baxır:
Məhəmməd Peyğəmbərin hədislərində deyilir: Kim dinini dəyişirsə onu öldürün.
Quranda da onların bağışlanmaz olması barədə yazılıb: “Şübhəsiz ki, iman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və (doğru) yola yönəltməyəcəkdir” . (Nisa 137)
Lakin islam ölüm cəzasına şərt də qoyur, dinini dəyişən adam (onlar dini terminologiyada mürtəd adlanır) üç dəfə tövbəyə dəvət olunmalıdır.
Məhəmməd Peyğəmbərin xilafəti dönəmində Ümmu Mərvan adlı qadın dinini dəyişdiyi üçün qətlə yetirilmişdi.
Ömər və Əbu Bəkrin xəlifəliyi dövründə də bu cür cəzalar tətbiq olunub.
Əlinin xəlifəliyi zamanı isə bu cür cəzaya görə dövrün məşhur alimlərindən sayılan İbni Abbasla Əli arasında polemika oldu.
Polemikanın mövzusu isə edamın özü yox metodu idi, Əli onları tonqalda yandırmaqla edam etdirirdi, İbni Abbas isə odla cəza verməyin ancaq Allaha məxsus olduğunu (söhbət cəhənnəmdən gedir) deyərək ona qarşı çıxdı.
Məsələni bir az da tündləşdirək, islam dini quldarlığı təbliğ etməsə də quldarlığın əleyhinə də deyildi.
Bütün bunlar okratik prinsiplərlə, insan hüquq və azadlıqları ilə uyuşurmu?
Bu suala “hə” cavabı vermək mümkünsüzdür.
Diletantlıq və demoqogiya
“Avropa İnsan hüquq və azadlıqları” konvensiyanın prinsipləri, yanaşması ilə Hammurapinin qanunlarını tənqid etmək son dərəcə asan olsa da mahiyyətcə mənasız işdir.
Çünki hər dövrün öz ictimai-siyasi situasiyası var və hüquq da bu situasiyaya adekvat olaraq ortaya çıxıb.
İndi çox şey qəribə, antidemokratik görünə bilər.
Lakin bu antidemokratizmi o dövrün siyasi-ictimai situasiyası ilə təhlil etmək lazımdır.
İslam meydana çıxdığı dövrdə inqilabi bir rol oynamışdı.
Ərəblərə müasir bir hüquq sistemi gətirmiş, yeni bir dövlət üçün gərəkli olan siyasi, hüquqi, mənəvi bütün problemləri həll etmişdi.
Buna görə də bu günkü paradiqma, bu günkü insan hüquqları konteksində islamı tənqid etmək heç bir elmi əsasa dayanmır, əksinə demoqogiya və diletantlıq təsiri bağışlayır.
Qan TURALI

1588 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024