Riçard Gir Tramp haqqında: "O, manyakdır!"

Riçard Gir Tramp haqqında: "O, manyakdır!"
5 iyun 2026
# 17:00

Aktyor Riçard Gir Berlində miqrasiya məsələlərinə həsr olunmuş tədbirdə çıxış edərək ABŞ-nin hazırkı prezidenti Donald Trampın siyasətini sərt tənqid edib.

Kulis.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Aktyor məsələ ilə bağlı bunları deyib:

"Heç ağlınıza gələrdimi ki, Amerika bu qədər alçala bilər? Heç təsəvvür edə bilərdinizmi ki, belə bir dəli Amerika Birləşmiş Ştatlarının prezidenti olacaq və onu məhv etmək üçün çalışacaq?"

Aktyor amerikalı siyasətçilərin miqrantlara qarşı ritorikasına görə utandığını vurğulayıb. Onun sözlərinə görə, indi hakimiyyət onları "gəlmələr", əvvəllər isə daha alçaldıcı bir terminlə - "parazitlər" adlandırırdı.

"Daily Mail"in qeyd etdiyi kimi, həmin həftə sənətçi Osloda keçirilən forumda da çıxış edib. O, orada Trampı "manyak", hazırkı dövrü isə "ölkə tarixinin ən qaranlıq dövrü" adlandırıb. Eyni zamanda, aktyor yaranmış vəziyyətdə öz məsuliyyət payını da etiraf edərək vurğulayıb:

"Mən insanlara bu şəxsi ABŞ prezidenti seçməyin dəlilik olduğunu inandırıcı şəkildə sübut etmək üçün kifayət qədər iş görmədim. O, elə ilk gündəcə ABŞ hökumətində və xalqında olan demək olar ki, bütün yaxşı şeyləri məhv etdi".

Qeyd edək ki, 2024-cü ilin sonlarında Trampın seçkilərdəki qələbəsindən sonra 76 yaşlı aktyor və onun 43 yaşlı həyat yoldaşı Alexandra Silva İspaniyaya köçmüşdülər. Ailə Konnektikutdakı rançosunu sataraq Madriddə məskunlaşmışdı. Təxminən bir il sonra, 2025-ci ilin sonlarında isə Gir ailəsi yenidən ABŞ-yə qayıdıb.

# 788 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər