Con Lennonun rəsmləri "Beatles" muzeyində nümayiş olunur

Con Lennonun rəsmləri "Beatles" muzeyində nümayiş olunur
5 iyun 2026
# 16:22

Con Lennon tərəfindən dünyanın ilk rok musiqi klipi hesab edilən layihə üçün çəkilmiş rəsmlər muzeydə nümayişə çıxarılıb.

Kulis.az xəbər verir ki, Lennonun rəssam Stiven Verona ilə birlikdə üzərində işlədiyi pop-art təsvirlər 1960-cı illərdə "The Beatles" qrupunun məşhur "I Feel Fine" mahnısını müşayiət edən təqdimat filmində istifadə olunub.

240 rəsm əsəri 2000-ci ildə bir-birindən ayrılmazdan əvvəl "Christie's" hərracında 58 min dollardan çox qiymətə satılmışdı. Taynmutdan olan kolleksiyaçı Cozef O'Donnell tərəfindən hərracda görüldükdən sonra, onların 10-u hazırda Liverpulda "Beatles" muzeyində ictimaiyyətə nümayiş etdirilir.

29 yaşlı O'Donnell rəsmləri necə əldə etdiyini belə izah edib:

"Mən böyük 'Beatles' pərəstişkarıyam və bunları Londonda bir hərracda gördüm. Orada bu rəsmlərə o qədər də böyük əhəmiyyət verilməmişdi. Düşündüm ki, qiymətin bir az böyük rəqəmlərə çata biləcəyini ehtimal etsəm də, hərraca qatılıb şansımı sınayım. Və onları münasib qiymətə əldə etməyi bacardım. Hər bir rəsm əsərində mahnıdan fərqli bir söz yer alır və mən tam bir cümlə qurmaq üçün onları bir yerə toplaya bildim".

Qeyd edək ki, Lennon 2019-cu ildə vəfat edən amerikalı rəssam və kinorejissor Verona ilə Londondakı gecə klublarından birində təsadüfi görüşdən sonra əməkdaşlıq etmişdi. Verona sonrakı müsahibələrinin birində bildirmişdi ki, onlar onun Manhettendəki mənzilinin mətbəx masası arxasında əyləşərək siqaret çəkə-çəkə markerlərlə həmin təsvirləri rəngləyirdilər.

# 1070 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər