Elçin Şamillinin “Katarsis” sərgisi açıldı

Elçin Şamillinin “Katarsis”  sərgisi açıldı
6 iyun 2026
# 11:41

İyunun 5-də Azərbaycan Milli Xalça Muzeyində sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Elçin Şamillinin “Katarsis” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov çıxış edərək Elçin Şamillinin yaradıcılığının müasir Azərbaycan incəsənətində özünəməxsus yer tutduğunu vurğulayıblar.

Sərgi müəllifin uzun illər ərzində formalaşdırdığı fərdi bədii-fəlsəfi konsepsiyaya əsaslanır və müasir incəsənətdə tekstilin innovativ təqdimat nümunələrindən biri kimi diqqət çəkir. Ekspozisiyada xalçanın kompozisiya quruluşundan ilhamlanan, mücərrəd tekstil anlayışını, vizual dili və mədəni kodlar nəzəriyyəsini əks etdirən 20-dən çox əsər nümayiş olunur.

Sərginin əsas ideyası insanın görünən reallıqla yanaşı, şüuraltı və fövqəlşüur səviyyələrində yaşadığı daxili təcrübələrin araşdırılmasına yönəlib. Burada abstraksiya yalnız estetik ifadə vasitəsi deyil, həm də idrak modeli kimi təqdim edilir. Müəllif katarsisi insanın daxilində mövcud olan təhrif olunmuş qavrayışları və yalançı harmoniyaları üzə çıxaran bir proses kimi dəyərləndirir. Bu baxımdan katarsis yaddaşın strukturunu dəyişdirən, insanın “Mən – Dünya” münasibətlər sistemini yenidən qurmasına imkan verən transformasiya aktı kimi təqdim olunur.

Sərgidə xalça dəyişən həyat təcrübələri fonunda sabit düşüncə strukturlarının vizual modeli kimi çıxış edir.

“Katarsis” sərgisi müasir Azərbaycan incəsənətində tekstil sənətinin fəlsəfi və konseptual imkanlarını nümayiş etdirərək tamaşaçıları insan şüurunun dərin qatları, yaddaş, transformasiya və özünüdərk mövzuları üzərində düşünməyə dəvət edir.

Sərgi iyunun 7-dək davam edəcək.

# 724 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər