Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Günü  qeyd olundu
1 iyun 2026
# 18:20

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada K.Kərimov adına 8 nömrəli tam orta məktəbin I və V sinif şagirdlərinin iştirakı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə bu əlamətdar günün qeyd edilməsi tarixindən danışılıb, uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər haqqında məlumat verilib.

Azərbaycanda uşaqlarla bağlı siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulması, məhz həmin illərdə uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planının qəbul edilməsindən, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanın inkişafından bəhs olunub.

Həmçinin Prezident İlham Əliyevin uşaqlara sevgisi vurğulanıb, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun rolundan danışılıb, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid və qazi övladlarına diqqət və qayğısı qeyd edilib.

Tədbirin davamında məktəblilər şeir səsləndiriblər. Milli Kitabxana tərəfindən şagirdlərə kitablar hədiyyə edilib.

Sonda Milli Kitabxana tərəfindən hazırlanmış “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı fotolar, dövri mətbuat səhifələrində dərc olunan materiallar və kitabların nümayiş edildiyi virtual sərgi təqdim edilib.

# 770 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər