“Qəhrəmanlarımız söyüşcüldür” - MÜSAHİBƏ
4 iyul 2011
12:31
Azərbaycan kinosuna yeni nəsil gəlir. Onlar İncəsənət Universitetindən diplom almayıblar, heç belə fikirləri də yoxdur. Sənəti, R.Rodriqesin dediyi kimi, çəkiliş meydançasında, kinozallarda öyrənirlər. Və düzü budur ki, artıq ilk addımlarından diqqət çəkməyi bacarıblar. Onlardan biri də Ramil Adiloğludur. O bu yaxınlarda dünya kinosunun yüz ən yaxşı rejissorlarından biri olan (Avropa Kinoakademiyasının qərarı ilə) rus rejissoru Aleksandr Sokurovun kursuna dəvət olunub.
- Onuncu sinifdə oxuyanda qaçqınlarla bağlı üç dəqiqəlik qısametrajlı film çəkib Hollandiyaya, sosial mövzulu filmlərin festivalına göndərdim. Ümümiyyətlə, film çəkməyə, filmə baxmağa həmişə həvəsim vardı. Hətta aktyor olmaq istəyirdim. Amma İncəsənət Universitetinə əvvəlcədən girmək istəmirdim. Bilirdim ki, oxumaqla düzələn iş deyil. Əgər istedadın varsa, onsuz da istədiyini eləyəcəksən. Düzdür, öyrənməyin də xeyri var. Arzum İqtisad Universitetində təhsil almaq, hədəfim isə film çəkmək idi. Bu işi Almaniyada öyrənmək istəyirdim, bizim İncəsənət universitetində yox. Çünki oranı bitirənlərin əksəriyyəti öz işləri ilə məşğul deyillər.
- İqtisad Universitetinin “Türk dünyasının biznesinin təşkili və idarəetməsi” fakültəsini bitirmisən...
- Hə, elə həmin fakültədə oxuyanda axıska türkləri, türk toplumları ilə bağlı sənədli filmlər çəkirdim. 2008-ci ildə “Zülmətlə nur arasında” adlı qısametrajlı bədii film çəkdim və “START” Film Festivalına göndərdim. Sonra “Və bir gün” adında tammetrajlı film çəkmək istəyirdim, San-Sebastyan film festivalı üçün nəzərdə tutmuşdum. Maliyyə dəstəyi üçün nazirliyə müraciət elədim. Mənə dedilər ki, sən get, bir şey çək, nəsə yenilik elə, görək nə bacarırsan, sonra baxarıq. Mən də öz hesabıma Azərbaycanın ilk tammetrajlı qorxu filmini yaratdım, adını da “Güzgü” qoydum. İnşallah, oktyabrda premyerası olacaq.
- Bu film nə haqdadır?
- Uşaqlıqdan o qədər qorxduğumuz şeylər var ki: əncir ağacının altında cin var, gecə güzgüyə baxma, şam yandırma və sair. Mən evdə tək qalanda qorxan uşqlardan olmuşam. Həmişə mətbəxdən su kranının, qab-qacağın səsi gələndə fikirləşirdim ki, yəqin orda nəsə var. Qorxumdan gedib baxa bilmirdim. Nəhayət, cəsarət tapıb gedəndə görürdüm ki, heç nə yoxdu. “Güzgü” filmində bunların hamısını əks etdirdim. Demirəm ki, zırıltı film alınıb, bəlkə ömürboyu bir də bu janra müraciət eləmərəm. Çünki mənim çəkmək istədiyim bu deyil. Amma türklərin “Dabbə”sindən qat-qat yaxşıdır. Əslində, mən o tip filmlərə baxmıram. Adam yaşa doluqca başqa cür filmlər axtarır.
- “Oyuncaq” filminə baxanların əksəriyyət bu fikirdədir ki, o, bütöv bir filmin sinopsisinə, demo variantına bənzəyir. Doğrudan, belə nəzərdə tutulmuşdu?
- Yox, o film bitdi, getdi. Ondan tam film çıxartmaq olar, amma çox ağır film alınar.
- Yaxşı, filmi çəkdiniz və Kann festivalına göndərdiniz. Nəticəsi nə oldu?
- “Oyuncaq”ı Kann festivalının qısametrajlı filmlər müsabiqəsinə göndərmişdik. Qəbul mərhələsindən keçə bilmədi. Sonra öyrəndik ki, “A” kateqoriyalı festivallara filmi, qəbul başlanan kimi üç-dörd gün ərzində göndərmək lazımdır. Mən isə deadlayna iki gün qalmış göndərmişdim. Yəqin, zəif film olub ki, müsabiqə mərhələsinə keçməyib. Dəqiq bilmirəm. Açıq deyirəm, bu, sadəcə 2012-ci ildə göndərəcəyim film üçün cığır açmaq cəhdi idi. Göbələk kimi birdən-birə ortaya çıxmayım deyə..
- Filmi təkcə Kanna göndərmisiniz?
- Hə, festivala düşmədi, amma əvəzində ona görə indi məni Aleksandr Sokurovun ustad dərslərinə dəvət eləyiblər.
- Kanda görüblər filmi?
- Düzü, bilmirəm. Deyəsən, “Youtube” də treylerini görüblər. Mənimlə əlaqə saxladılar və bütöv versiyasını istədilər. Onda Kandan hələ cavab gəlməmişdi və filmi heç yerə göndərməyə ixtiyarım yox idi. Festivaldan cavab alandan sonra göndərdim. Bir neçə gündən sonra zəng vurub kursa dəvət elədilər. Kurs Peterburda olacaq, bir həftə davam eləyəcək və qeyri-peşəkar, necə deyərlər, İncəsənət Universitetini bitirməmiş rejissorlar üçün nəzərdə tutulub. Sokurov böyük festivallarda kifayət qədər mükafat qazanmış sənətkardır. Açığı, elə bir şəxsdən nəsə öyrənmək adama ləzzət eləyir.
- Yəqin ki, ora əliboş getməməlisiniz.
- “Kəsişən paralellər” adlı layihəmi aparacam. Layihə özü trilogiyadı, yəni ayrı-ayrı üç filmdən ibarətdi. Onlardan birincisi “Kəsişən paralellər” adlanır. Yəhudi qızla müsəlman oğlanın münasibətlərinin fonunda səmavi dinlərin kəsişən nöqtələrindən bəhs edir. Trilogiyanın ikincisi filmi “Tanrı əsgəri” adlanır. Onun mövzusu da rasiszm, millətçilik, onun mənasızlığıdır. Üçüncü filmin adı “Doqquz” olacaq. Dünyanın, bəşəriyyətin, yaşamın rəqəmlər üzərində, məntiqi ardıcıllıqla qurulduğundan danışacaq.
- Bəs niyə “Doqquz”?
- Hər şeydə - Biq Bendən tutmuş Çin səddinə qədər hər yerdə doqquz rəqəmi var. Bütün rəqəmlər doqquzdan törəyib. Bu, dünyanın beynini fırladacaq bir film olmalıdı. Mən göstərmək istəyirəm ki, əslində, dünyanın yeddi yox, doqquz möcüzəsi var.
Dostlarıma söz vermişəm ki, 2013-2014-cü ildə bu layihəni reallaşdıracağam. Hələliksə Sokurovun kursuna həmin layihənin birincisini – “Kəsişən paralellər”i aparıram.
- Ramil, yəqin, diplomlu rejissorlarla ünsiyyətdə olursunuz. Ağız büzmürlər sizə?
- Bilirsiniz, ən çox nə ilə fəxr eləyirəm? İncəsənət Universitetini bitirməməyimlə. Bir-iki ilə mütləq özümü təsdiqləyəcəyəm və sübut edəcəyəm ki, oxumaqla aktyor, rejissor olmaq mümkün deyil.
- “Mümkün deyil” deməyək. Təhsil müəssisəsi istiqamət verir, əlifbanı, qaydaları öyrədir. Gerisi – özümüzdən asılıdı.
- Amma bizim universitet dünya səviyyəsinə çıxmış bir rejissor yetişdirməyib. Orda oxumağa dəyməz.
- Bir sualım da var. Niyə filmlərinizdə söyüşlərdən çox istifadə eləyirsiniz?
- Sadəcə, qəhrəmanlarımız söyüşcüldürlər. Məncə, söyüş lazım olan yerdə mütləq işlənməlidir. Siz qadınsınız, bəlkə, şahidi olmamısınız, amma biz kişilərin arasında üç sözdən ikisi söyüşdür. Sizə çox gələ bilər, amma mənim personajım çox az söyür.
Aygün Aslanlı

1260 dəfə oxunub
Oxşar xəbərlər
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?
09:00
21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü
16:24
20 noyabr 2024