"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı
15 iyun 2026
# 16:33

1997-ci ildə ekranlara çıxan və bütün dünyada səs-küy yaradan "Titanik" filminin baş rol ifaçıları tərəfindən imzalanmış ssenarisi hərracda 620 funt-sterlinqə satılıb.

Kulis.az xəbər verir ki, ssenari Şimali Somersetdəki "Klivdon Seylrums" hərrac evində satışa çıxarılıb.
​

Uzun illər ərzində toplanmış şəxsi kolleksiyanın bir hissəsi olan bu sənədin üzərində Hollivud ulduzları Leonardo DiKaprio, Keyt Uinslet, Billi Zeyn, Keti Beyts, Qloriya Stüart və filmin əfsanəvi rejissoru Ceyms Kemeronun orijinal imzaları yer alır.

​Hərracın qiymətləndiricisi Henri Mişallat bildirib ki, bu imzalar şanslı bir pərəstişkara tarixin ən böyük filmlərindən biri ilə fiziki bağ qurmağa imkan verib. O, çıxışında bu sözləri əlavə edib:
​

"Mebel, keramika və geyim kimi adətən çox yüksək qiymətə satılan digər 'Titanik' xatirə əşyaları ilə müqayisədə, ssenarilər hərraca o qədər də tez-tez çıxarılmır. Buna görə də, bu nüsxə bir pərəstişkar üçün həqiqətən də mükəmməl və sərfəli bir əşya idi".
​

​Məlumata görə, imzalı ssenari "Starpauer Avtoqrafs" tərəfindən verilmiş orijinallıq sertifikatı ilə birlikdə təqdim olunub. Hərrac zamanı nüsxəni əldə etmək üçün üç nəfər arasında olduqca gərgin mübarizə gedib.

Qeyd edək ki, blokbaster 1912-ci ildə ilk səyahəti zamanı batan "Titanik" gəmisində fərqli sosial təbəqələrdən olan Cek və Rouzun faciəvi sevgi hekayəsindən bəhs edir. Ekran işi qlobal kassa yığımlarında 1 milyard dollar səddini keçən ilk film kimi tarixə düşüb və ümumilikdə 2,2 milyard dollardan çox gəlir gətirib.

​"Titanik" rejissor Ceyms Kemeronun digər şedevri "Avatar" 2009-cu ildə bu göstəricini geridə qoyana qədər 12 il ərzində bütün dövrlərin ən çox gəlir gətirən filmi titulunu qoruyub saxlamışdı.

# 1064 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər