“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri

“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
2 iyun 2026
# 17:30

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Klassik musiqi həvəskarları klubu”nun növbəti silsilə tədbiri çərçivəsində Xırdalan şəhər 11 İllik Musiqi Məktəbinin müəllimi Sevinc İbrahimova və şagirdlərinin iştirakı ilə konsert təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Əzirə Abdullayeva açaraq iştirakçıları salamlayıb və klassik musiqinin gənc nəsilə aşılanmasının əhəmiyyətindən bəhs edib.

Daha sonra muzeyin əməkdaşı Xanımbacı Abdinova çıxış edərək dahi bəstəkar Niyazinin və digər görkəmli musiqi xadimlərinin həyatı və yaradıcılıq yolları haqqında məlumat verib.

Konsert proqramında məktəbin müəllimləri Sevinc İbrahimova, Ülviyyə Əliyeva, Natavan Rəhimli, Xoşqədəm Cəfərova, Ceyhunə Mirtəhməzli, Alagöz Səmədova, Bahar Qafarzadənin şagirdləri tərəfindən ifa olunan musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir çərçivəsində muzeyin zəngin arxiv materiallarından, dahi bəstəkar Niyazinin və digər görkəmli musiqi xadimlərinin uşaqlıq fotoşəkillərindən ibarət slayd-şou nümayiş etdirilib.

Tədbirin sonunda Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış edərək gənc istedadlara öz təşəkkürünü bildirib.

# 769 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər