Məşhur türk filmi yenidən çəkiləcək

Məşhur türk filmi yenidən çəkiləcək
11 iyun 2026
# 14:11

Türk kinosunun əfsənavi aktyorları Zəki Alasya və Mətin Akpınarın məşhur "Hasip ile Nasip" filmi "Greenart Qrup" və prodüser Vəhdət Ərdoğanın imzası ilə müasir versiyada 2026-cı ildə kinoteatrlarda nümayiş olunmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, baş rolları canlandıracaq yeni aktyorların müəyyənləşdirilməsi üçün son dərəcə məxfi və diqqətli bir proses həyata keçirilir.

Səbirsizliklə gözlənilən əsas aktyor heyətinin isə iyun ayı ərzində rəsmi olaraq ictimaiyyətə açıqlanacağı gözlənilir.

Daha əvvəl kino sektorunda böyük uğur qazanan "Nasipse Olur", "C Takımı" seriyası, "Sil Baştan Kaynanam", "Veda Partisi", "Oflu Hoca 6" və "Sevince" kimi kassa gəlirli populyar layihələrə imza atan prodüser Vəhdət Ərdoğan yeni ekran işi barədə bu fikirləri səsləndirib:

"Türk kinosunun tamaşaçısı ilə bağını gücləndirəcək layihələr ərsəyə gətirməyə davam edirik. "Hasip ile Nasip" bizim üçün sadəcə bir film deyil, türk kinosunun ən dəyərli miraslarından biridir. Avqust ayında çəkilişlərə başlamağı hədəfləyirik. Zəki Alasya və Mətin Akpınarın qoyduğu böyük mirasın dərk edirik. Bu səbəbdən aktyor seçimində son dərəcə həssas davranır, obrazların ruhunu yaşada biləcək isimlərlə danışıqlarımızı davam etdiririk".

# 970 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Şeyx Əbdül:  "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

Xalq artisti Şeyx Əbdül: "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

12:40 11 sentyabr 2026
"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

11:30 11 sentyabr 2026
"Bunker" filmi ayaq üstə alqışlandı

"Bunker" filmi ayaq üstə alqışlandı

10:30 11 sentyabr 2026
Almodovarın yeni filmi təqdim olunacaq

Almodovarın yeni filmi təqdim olunacaq

15:20 10 sentyabr 2026
Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film

Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film

15:00 10 sentyabr 2026
“44” bədii filminin “Duyğu” adlı tizeri yayımlandı

“44” bədii filminin “Duyğu” adlı tizeri yayımlandı

14:24 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər