Şon Penn: "Hətta əlil arabasındakı uşağa da rədd cavabı verəcəyəm"

Şon Penn: "Hətta əlil arabasındakı uşağa da rədd cavabı verəcəyəm"
11 iyun 2026
# 11:07

"Oskar" mükafatçısı Şon Penn bir daha heç kimlə selfi çəkdirməyəcəyini açıqlayıb.

Kulis.az xəbər verir ki, məşhur aktyorun fikirlərini "Le Figaro" nəşri yayıb.

Aktyor selfi mədəniyyəti haqqında deyib:

"İnsanlar heç vaxt heç kimlə selfi çəkdirməməlidir. Bu, hamı üçün pisdir. Bu, sanki bir xoradır. Mən hətta soyqırımdan sağ çıxmış nənəyə və onun əlil arabasındakı altı yaşlı nəvəsinə də rədd cavabı verəcəyəm".

Penn etiraf edib ki, Mona Liza kimi sadəcə foto obyektinə çevrilmək istəmir. Aktyor həmçinin kütləvi tədbirlərdən daim qaçdığını, çünki izdihamın onda həmişə sosial narahatlıq və diskomfort hissi yaratdığını bildirib.

Qeyd edək ki, aktyor Amerika Kino Akademiyasının 98-ci mükafatlandırma mərasimində karyerasında üçüncü dəfə bu nüfuzlu mükafata layiq görülüb. O, "Döyüş ardınca döyüş" filmində canlandırdığı ən yaxşı ikinci dərəcəli rola görə "Oskar" qazanıb.

# 723 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Şeyx Əbdül:  "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

Xalq artisti Şeyx Əbdül: "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

12:40 11 sentyabr 2026
"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

11:30 11 sentyabr 2026
"Bunker" filmi ayaq üstə alqışlandı

"Bunker" filmi ayaq üstə alqışlandı

10:30 11 sentyabr 2026
Almodovarın yeni filmi təqdim olunacaq

Almodovarın yeni filmi təqdim olunacaq

15:20 10 sentyabr 2026
Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film

Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film

15:00 10 sentyabr 2026
“44” bədii filminin “Duyğu” adlı tizeri yayımlandı

“44” bədii filminin “Duyğu” adlı tizeri yayımlandı

14:24 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər