Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Azərbaycanda Milli Qurtuluş Günü  qeyd olunur
15 iyun 2026
# 10:03

15 İyun - Azərbaycanda Milli Qurtuluş günüdür.

Kulis.az-ın məlumatına görə, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.

Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb.

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.

# 598 dəfə oxunub

Oxşar xəbərlər

Maestro Niyazinin məzarı ziyarət edildi

Maestro Niyazinin məzarı ziyarət edildi

12:20 20 avqust 2026
Jorj Sand, Corc Eliot, Karrer Bel... - Tanınmış qadın yazıçılar  niyə  kişi təxəllüsü ilə yazırdılar?

Jorj Sand, Corc Eliot, Karrer Bel... - Tanınmış qadın yazıçılar niyə kişi təxəllüsü ilə yazırdılar?

12:00 20 avqust 2026
Bornovadakı mağara yenidən diqqət mərkəzində... - Homer izmirlidir?

Bornovadakı mağara yenidən diqqət mərkəzində... - Homer izmirlidir?

11:30 20 avqust 2026
Azərbaycan media nümayəndələri  İmam əl-Buxari Memorial Kompleksində

Azərbaycan media nümayəndələri İmam əl-Buxari Memorial Kompleksində

11:00 20 avqust 2026
XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında ölkəmiz də təmsil olunur

XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında ölkəmiz də təmsil olunur

10:30 20 avqust 2026
"Hər birimizin içində  bir Robinzon Kruzo yaşayır..." - Müasir ingilis filosofdan aforizmlər

"Hər birimizin içində bir Robinzon Kruzo yaşayır..." - Müasir ingilis filosofdan aforizmlər

17:50 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər