Dövlət Film Fondunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir təşkil edildi

Dövlət Film Fondunda “İnsan Hüquqları Aylığı”  çərçivəsində tədbir təşkil edildi
12 iyun 2026
# 18:20

İyunun 12-də Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ərəfəsində Azərbaycan Dövlət Film Fondunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrin, Dayanıqlı İnkişaf Məqsədlərinin, qüvvədə olan qanunvericilik aktlarının, eləcə də dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər strateji sənədlərin icrasının səmərəliliyinin artırılması məqsədilə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü elan edilib və bu əlamətdar gün hər il ölkədə geniş qeyd olunur.

Tədbirin sonunda kinorejissor Murad İbrahimbəyovun 2023-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ərsəyə gətirdiyi “ANAMA” sənədli filmi nümayiş olunub. Film Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyətinə həsr edilib. Ekran əsərində işğal dövründə və müharibədən sonrakı mərhələdə düşmən tərəfindən basdırılmış minaların partlaması nəticəsində çoxsaylı mülki şəxslərin həyatını itirməsi, ağır xəsarətlər alması, bunun isə insanların yaşamaq və sağlamlıq hüquqlarının pozulmasına səbəb olması diqqətə çatdırılır.

# 776 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Şeyx Əbdül:  "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

Xalq artisti Şeyx Əbdül: "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

12:40 11 sentyabr 2026
"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

11:30 11 sentyabr 2026
"Bunker" filmi ayaq üstə alqışlandı

"Bunker" filmi ayaq üstə alqışlandı

10:30 11 sentyabr 2026
Almodovarın yeni filmi təqdim olunacaq

Almodovarın yeni filmi təqdim olunacaq

15:20 10 sentyabr 2026
Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film

Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film

15:00 10 sentyabr 2026
“44” bədii filminin “Duyğu” adlı tizeri yayımlandı

“44” bədii filminin “Duyğu” adlı tizeri yayımlandı

14:24 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər