Elizabet Teylorun 150 milyon dollarlıq daş-qaşı satılır...

Elizabet Teylorun 150 milyon dollarlıq daş-qaşı satılır...
11 aprel 2011
# 14:08
Keçən ay vəfat edən aktrisa Elizabet Teylorun bəzək əşyaları və geyimləri hərraca çıxarılacaq.

Kulis.az-ın “Huffingtonpost” saytına istinadən verdiyi xəbərə görə, onun əşyaları Kristi Hərrac Evində satılacaq. Hərracın dəqiq vaxtı və əşyaların siyahısı yaxın günlərdə məlum olacaq. Onun ümumi daş-qaşlarının təxmini qiymətinin 150 milyon dollar olduğu bildirilir.

Elizabet Teylor təkcə gözəlliyi ilə deyil, cəvahiratı və ərləri ilə də diqqət mərkəzində olub. Teylorun daş-qaşlara olan sevgisi onu 2002-ci ildə hətta kitab yazmağa məcbur edib. “Daş-qaşa sevgim” adlı kitabında o, ən bahalı aksesuarlarından bəhs edib.

Onun daş-qaşları arasında ən məşhuru həyat yoldaşı Riçard Bartonun bağışladığı brilliantdır. 69, 42 karatlıq armudu brilyant “Bartn-Teylor” adı ilə yadda qalıb.

Digər bahalı aksessuarı isə Krupp brilyantıdır. 33 karatlıq brilyant haqqında Teylor belə deyib: “Krupp mükəmməl bir daşdır. İçindən işıq keçəndə həyat enerjisi ilə parıldamağa başlayır. Ölçü vacib deyil, içindəki hiss vacibdir”.

Qeyd edək ki, Teylor sağ olanda də bəzi qiymətli əşyalarını hərraca çıxarıb. Hərracdan gələn gəlirləri isə xeyriyyə məqsədi ilə istifadə edib.

Günel Əsgərzadə
# 1611 dəfə oxunub

Oxşar xəbərlər

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

16:37 23 oktyabr 2025
Uşaqların sevimli yazıçısı  - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

Uşaqların sevimli yazıçısı - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

16:30 23 oktyabr 2025
İmpressionizmlə kubizm arasında... - Pikasso niyə  “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

İmpressionizmlə kubizm arasında... - Pikasso niyə “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

16:22 22 oktyabr 2025
Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

13:30 22 oktyabr 2025
"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr  Nobel mükafatından niyə imtina edib?

"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr Nobel mükafatından niyə imtina edib?

11:30 22 oktyabr 2025
Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

15:30 21 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər