Məşhur ulduza qoyulan qadağa ləğv edildi

Məşhur ulduza qoyulan qadağa ləğv edildi
4 iyun 2026
# 16:00

Hindistanın əsas kino işçiləri həmkarlar ittifaqı Bollivud aktyoru Ranvir Sinq gələcək film layihəsindən qəfil ayrıldıqdan sonra üzvlərinə onunla işləməməyi tövsiyə edən müraciətini geri götürüb.

Kulis.az xəbər verir ki, Qərbi Hindistan Kino İşçiləri Federasiyası qeyri-rəsmi qadağanı ötən ay "Don 3" filminin prodüserlərinin aktyorun çəkilişlərə cəmi bir neçə həftə qalmış layihədən imtina etməsindən şikayətləndikdən sonra tətbiq etmişdi.

Boykot qərarının ləğvi yayılan məlumatlara görə, Sinqin federasiyaya hüquqi xəbərdarlıq göndərməsindən sonra baş tutub.

2023-cü ildə elan edilən rejissor Fərhan Axtarın çəkəcəyi "Don 3" filmi Bollivudun ən uğurlu və uzunömürlü film layihələrindən birinin növbəti fəsli kimi təqdim olunmuşdu. Silsilə 1978-ci ildə superulduz Amitabh Baççan tərəfindən başladılıb və daha sonra Axtar tərəfindən Şahrux Xanın baş rolu ifa etməsi ilə yenidən bərpa edilib. Növbəti filmdə baş rolu məhz Sinq canlandırmalı idi.

Çərşənbə günü Federasiya prezidenti B.N. Tivari Sinqi dəstəkləyərək kinonun onun arxasında durduğunu və federasiyanın hüquq komandasının xəbərdarlığa cavab verəcəyini bildirib. Federasiyanın baş məsləhətçisi Aşok Pandit isə NDTV xəbər kanalına açıqlamasında qərarın bir neçə kino təşkilatının xahişi ilə qəbul edildiyini deyib və mübahisəni həll etmək üçün Sinqi ittifaqla görüşməyə çağırıb:

"Biz onun ulduzluğunu qeyd edirik... Heç kimə qadağa qoymaq səlahiyyətimiz yoxdur. Ranvirdən müsbət reaksiya gələcəyinə ümid edirik".

Sinq özü məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməsə də, sözçüsü daha əvvəl aktyorun kino sənayesinə və "Don" silsiləsinə böyük hörmət bəslədiyini və səssiz qalmağı seçdiyini bildirmişdi.

# 692 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər