Amerikaya səs saldı, SSRİ-də qadağan edildi – Üzeyir bəyin evində yaşayan Xalq artisti

Amerikaya səs saldı, SSRİ-də qadağan edildi – Üzeyir bəyin evində yaşayan Xalq artisti
8 may 2026
# 11:06

Bu gün Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor, SSRİ Xalq artisti Soltan Hacıbəylinin doğum günüdür.

Kulis.az onun həyat və yaradıcılığı haqqında materialı təqdim edir.

Bəstəkar, pedaqoq, ictimai xadim Soltan Hacıbəyov 8 may 1919-cu ildə Şuşa şəhərində anadan olub.

1930-cu ilin payızında Soltan Hacıbəyov Şuşadan Bakıya köçüb. O, burada əvvəlcə bacısının yanında, 1936-cı ildən isə onun tərbiyəsində böyük rol oynamış əmisi — dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin evində yaşayıb.

Soltan Hacıbəyov - Uşaq Bilik Portalı

Üzeyir bəyin soyadını daşıyan digər bəstəkar və dirijorlar da musiqimizin inkişafına layiqli töhfələrini veriblər: Zülfüqar Hacıbəyov, Niyazi, Çingiz Hacıbəyov, İsmayıl Hacıbəyov.

Orta məktəbi bitirdikdən sonra Soltan Hacıbəyov Bakı Musiqi Məktəbinə — A.Kolpinskinin nəfəs alətləri sinfinə daxil olub. Elə ilk bəstəkarlıq nümunələrini də bu məktəbdə oxuduğu zaman yaradıb.

1938–1940-cı illərdə Hacıbəyov Bakı Musiqili Komediya Teatrının dirijoru, 1940–1942-ci illərdə isə qadınlardan ibarət sazçılar ansamblının bədii rəhbəri olub. Hacıbəyovun ilk əsəri ona böyük şöhrət gətirmiş “Qızıl gül” operettası olub (1940).

1939–1946-cı illərdə Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsil alıb.

Keçən əsrin 30–40-cı illəri Azərbaycan musiqi mədəniyyətində dirçəliş dövrü hesab olunur. Bu illərdə respublikada Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov, Tofiq Quliyev və digər gənc, istedadlı bəstəkarlar yetişməkdə idi.

1944-cü ildə Soltan Hacıbəyov İkinci Dünya müharibəsinə həsr olunmuş I simfoniyasını (1939–1945) yazıb. Bu əsər Azərbaycanın klassik musiqisi tarixində ilk simfoniyalardan biridir.

Böyük Vətən müharibəsi illərində Soltan Hacıbəyov qəhrəmanlıq mövzusunda bir sıra əsərlərlə yanaşı, ona şöhrət gətirəcək daha bir əsəri – “Karvan” simfonik lövhəsini yaradıb. Türkmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə “Kəminə və Qazi” adlı operası üzərində işləyən bəstəkar “Şur” muğamı əsasında bəstələnmiş simfonik parçanı yeni bir əsərə çevirərək ona həyat verib.

1955-ci ildə bəstəkar əsəri yeni redaksiyada işləyib hazırlayıb və əsər Niyazinin dirijorluğu ilə böyük orkestr tərəfindən ifa olunub. Sonralar “Karvan” simfonik lövhəsi bir çox sovet dirijorunun repertuarında başlıca yer tutub. Əsər qısa müddət ərzində dünyaya səs salıb, ABŞ-da val firması tərəfindən lentə alınıb, Macarıstan, Yaponiya, Bolqarıstan və digər ölkələrdə ifa olunub.

Bəstəkarın sağlığında bu əsər, demək olar ki, dünyanın ən böyük salonlarında səsləndirilib. Amerikanın məşhur skripkaçısı Sidney Hort istedadlı Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun bu əsərini dinlədikdən sonra ona göndərdiyi məktubunda yazırdı:

“Sizin “Karvan”ınız çox cazibədardır. Bu gözəl əsərin gözəl instrumentovkası (orkestrləşdirilməsi) da müəllifə layiqdir. Həyat eşqi ilə dolu, dərin məzmunlu bu əsəri Çikaqo şəhərində Evanston orkestri böyük məharətlə ifa etmişdir”.

Dahi rus bəstəkarı Dmitri Şostakoviç Soltan Hacıbəyovun bu əsəri ilə bağlı demişdir:

“Əsərdəki nurlu bir nikbinlik, ritm, məqsədəuyğunluq Motsartın bəzi opera uvertüralarını və ya Qlinkanın “Ruslan” uvertürasını xatırladır".

Rus bəstəkarı Reynqold Qliyer Soltan Hacıbəyovu belə qiymətləndirirdi:

“Hər şey onu deməyə əsas verir ki, zaman keçdikcə, bəlkə də çox tezliklə Soltan Hacıbəyov əsl böyük bəstəkar olacaqdır. Onun istedadı şübhəsizdir, zövqə malikdir, texniki-bəstəkarlıq xüsusiyyətləri göz qabağındadır. Ən başlıcası isə odur ki, Soltan Hacıbəyov öz doğma milli torpağını yaxşı hiss edir”.

Konservatoriya təhsilini başa vurduqdan sonra orada 1 il də müəllim işləyən Soltan bəy Moskva Konservatoriyasının aspiranturasına, dahi bəstəkar Dmitri Şostakoviçin sinfinə daxil olur.

Bir il sonra — 194

# 98 dəfə oxunub

Oxşar xəbərlər

Akif İslamzadənin son vəziyyəti açıqlandı

Akif İslamzadənin son vəziyyəti açıqlandı

10:40 8 may 2026
Yazıçılar Birliyində “Səhifələrdən obrazlar”  sərgisi açıldı

Yazıçılar Birliyində “Səhifələrdən obrazlar” sərgisi açıldı

10:38 8 may 2026
Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi”  adlı kitabın təqdimatı keçirildi

Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi” adlı kitabın təqdimatı keçirildi

21:39 7 may 2026
“Ədəbiyyat adamı - 2026”  mükafatı təqdim edildi

“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edildi

21:03 7 may 2026
Hicran Nəsirova: "Yaradıcılığıma göstərilən bu etimada görə ölkə başçısına minnətdaram"

Hicran Nəsirova: "Yaradıcılığıma göstərilən bu etimada görə ölkə başçısına minnətdaram"

20:30 7 may 2026
İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

18:30 7 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər