"İşıq rəssamı"nın qaranlıq tərəfi: Milyonlar qazandıran nağılvari rəsmlərin arxasındakı faciə

"İşıq rəssamı"nın qaranlıq tərəfi: Milyonlar qazandıran nağılvari rəsmlərin arxasındakı faciə
21 aprel 2026
# 12:33

Amerikalı rəssam Tomas Kinkedin sakit kənd mənzərələri və qüsursuz imici əslində, onun "şirin" rəsmləri ilə kəskin ziddiyyət təşkil edən qaranlıq və əzablı bir hekayəni gizlədirdi.

Kulis.az-ın məlumatına görə, Tomas Kinked tarixdə ən çox satılan, eyni zamanda ən çox fikir ayrılığı yaradan rəssamlardan biri olub.

2012-ci ildə vəfat edəndə amerikalı rəssam biznes problemləri ilə sarsılmışdı, lakin on il əvvəl – kommersiya fəaliyyətinin zirvəsində onun şirkəti ildə 100 milyon dollardan çox gəlir gətirirdi.

"İncəsənətin kiçik tarixi" kitabının müəllifi Şarlotta Mullins onun haqqında yazır:

"Tomas Kinkedin üslubu hər hansı səviyyədə bağ qura biləcəyiniz bir sənət deyil, daha çox illüstrativ, həddindən artıq şirin bir fantaziyadır. Bunlar uydurma heyvanlar və nağıl evləri ilə tamamlanan "Disney" üslublu meşə mənzərələrinin şit təqlididir. Onlar ucuz təbrik açıqcalarında gördüyünüz təsvirlərə bənzəyir - şipşirin və asanlıqla unudulan".

Təbii ki, digər tənqidçilərlə müqayisədə Mullins yenə də nəzakətli danışır.

The Kinkade Family Foundation Kinkade specialised in quaint pictures of rural cottages, which were loved by many, but despised by critics (Credit: The Kinkade Family Foundation)

Qorxunc rahatlıq: "Evin içi elə bil yanır"

Bir qisim tənqidçilər Kinkedin rəsmlərini sadəcə ürəkbulandırıcı dərəcədə şirin hesab etmirlər, həm də onlarda narahatedici və qorxulu nəsə hiss edirlər.

Koan Didion 2003-cü ildə Kaliforniya haqqında yazdığı kitabında onun sənətini belə izah edib:

"Bu əsərlərdə adətən o qədər təkidli bir rahatlıq hissi verən kottec və ya ev təsvir olunurdu ki, bu, əslində, qorxulu görünürdü. Sanki Hansel və Qreteli cəlb etmək üçün qurulmuş bir tələni xatırladırdı. Hər bir pəncərə elə qorxunc şəkildə işıqlandırılmışdı ki, elə bil binanın içi yanırdı".

Nə qədər sərt səslənsə də, Didion bəlkə də düşündüyündən daha uzaqgörən idi.

Rejissor Miranda Yusefin çəkdiyi "Hər kəs üçün incəsənət" (Art for Everybody) adlı yeni sənədli film göstərir ki, özünü "İşıq rəssamı" adlandıran bu adamın həqiqətən də qaranlıq bir tərəfi var imiş.

"Onun brendinqi o qədər təsirli idi ki, bütün bunların arxasında, həqiqətən, mürəkkəb və mən deyərdim ki, əzab çəkən bir rəssamın olduğunu bilmirdiniz", - Yousef deyir: "O, əsl yunan faciəsi kimi bir həyat yaşayıb".

The Kinkade Family Foundation Kinkade focused on idealised, nostalgic American landscapes, before swapping his rugged vistas for soft-focus pastoral scenes (Credit: The Kinkade Family Foundation)

Soyuq uşaqlığın bəhrəsi

Sənədli filmdə Kinkedin 1970-ci illərdə Kaliforniyada uzunsaçlı, bohem görünüşlü tələbə olarkən yazdırdığı səs yazıları yer alır. O, hələ o zaman həm yaxşı pul qazanıb, həm də bir rəssam kimi necə təsir yarada biləcəyi barədə narahatlıq keçirirdi. Hollivudda qısamüddətli işindən sonra o, ideallaşdırılmış, nostaljik Amerika mənzərələrinə fokuslandı.

1990-cı illərdə o, idealizm və nostalgiyanı yeni zirvələrə qaldırdı. Köhnə üslublu küçə fənərləri və kottec pəncərələri parlayır, dərələr incə daş körpülərin altından qığılcımlanırdı. Kinked rəsmlərin özünü deyil, onların əks olunduğu kolleksiya boşqablarını satırdı. Bir çox amerikalı üçün bu cənnət mənzərələri müasir dünyadan qaçmaq üçün rahat bir sığınacaq idi.

Lakin bəzi tənqidçilər rəsmlərin eynilə bugünkü Süni İntellekt tərəfindən müəyyən alqoritmlərlə çəkilmiş boş və mənasız işlər olduğunu iddia edirdi. Rejissor Yusef isə rəssamın istedadını inkar etmir. O hesab edir ki, rəsmlər yalnız bazara deyil, Kinkedin tənha anası tərəfindən böyüdüldüyü və zorakı atasını yalnız arabir gördüyü uşaqlığına bağlıdır:

"Onun evlərinin içəridən yanırmış kimi görünməsi ümumi bir tənqiddir. Sonra isə öyrənirsən ki, o, uşaqkən evə gələndə içəri həmişə soyuq və qaranlıq olurdu, çünki istilik və işıq üçün pulları yox idi. O, əslində, həsrətində olduğu şeyi çəkirdi".

The Kinkade Family Foundation Kinkade printed pictures and merchandise on an industrial scale and trademarked the "Painter of Light" brand (Credit: The Kinkade Family Foundation)

Saxta qüsursuzluq və çöküş

Kinkedlə tənqidçiləri arasındakı bu fikir ayrılığı elə onun satış strategiyasının bir hissəsi idi. Bir rəssam olduğu qədər də telemüjdəçi kimi çıxış edən Kinked pərəstişkarlarına onun əsərlərini almağın onları dekadent elitadan ayıran siyasi və mənəvi səddin doğru tərəfinə qoyduğuna inandırırdı.

"İşıq rəssamı" ləqəbini patentləşdirən bu adam tez-tez televiziyada sarışın həyat yoldaşı və dörd qızı ilə birlikdə peyda olurdu - ənənəvi, tamamilə Amerika dəyərlərinin təcəssümü kimi. İnsanlar sadəcə onun rəsmlərinə deyil, həm də bu qürurlu mühafizəkar şəxsiyyətlə assosiasiya olunmaq üçün pul ödəyirdilər.

Lakin bu maska reallıqdan daha çox Kinkedin arzuladığı bir fantaziya idi. O, kameralar sönəndən sonra söyüş söyməyə meylli idi. İş təzyiqlərinin öhdəsindən gəlmək üçün spirtli içkiyə qurşanmışdı. Qızları etiraf edirlər ki, ataları karyerasına onlardan daha çox dəyər verirdi.

"Kinked və onun brendi bütün ailəsinin üzərinə fövqəladə dərəcədə uzun, qaranlıq bir kölgə salmışdı," deyə Yousef vurğulayır.

Davamlı eyni stildə rəsmlər çəkmək və mükəmməl xristian imicini qorumaq onu məhv etdi. 2000-ci illərin ortalarında biznes tərəfdaşları ilə arası dəyən Kinked qadın düşkünü, çox içən bir davakara çevrildi. Reabilitasiya mərkəzində müalicə almasına və evliliyinin dağılmasına baxmayaraq, o, 54 yaşında spirtli içki və diazepamın təsadüfən artıq dozada qəbulundan vəfat etdi.

Art for Everybody The documentary Art for Everybody explores the dark, troubled person behind the wholesome persona Kinkade had created (Credit: Art for Everybody)

Ölümündən sonra tapılan dəhşətli tablolar

Yalnız onun ölümündən sonra ailəsi anbarı yoxlayarkən Kinkedin daxili qəzəbini və qorxusunu əks etdirən, "şirin" kottec rəsmlərinin heç vaxt ifadə edə bilməyəcəyi qaranlıq, şiddət dolu rəsm və eskiz ehtiyatını aşkar etdi: Zülmət bir gecədə kimsəsiz bir daxma; özünə silah tuşlamış bir rahibə; nəhəng canavarlar və eybəcər simalar...

Bu mənzərələr onun çətin uşaqlığı və qorxunc atası haqqında, həqiqətən, nə hiss etdiyini göstərirmi? Əgər o bu qaranlıq dünyanı rəsmlərində yaşatsaydı, bəlkə də psixoloji baxımdan daha sağlam olardı.

Bütün bunlara baxmayaraq, Kinked bəzi cəhətlərdən zəmanəsini qabaqlamışdı. O bu gün rəssamların brendlərlə işbirliyinə girməsini və sənətkarların sosial mediada özünü bir "brendə" çevirməsi praktikasını hələ 20-30 il əvvəl edirdi.

# 84 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellektlə hazırlanan saxta və seksual məzmunlu materiallara qadağa

Süni intellektlə hazırlanan saxta və seksual məzmunlu materiallara qadağa

13:38 21 aprel 2026
Kamal Abdullanın "Gizli Dədə Qorqud"  kitabının müzakirəsi keçiriləcək

Kamal Abdullanın "Gizli Dədə Qorqud" kitabının müzakirəsi keçiriləcək

12:41 21 aprel 2026
Xalq şairi haqqında elmi-tədqiqat kitabı işıq üzü gördü

Xalq şairi haqqında elmi-tədqiqat kitabı işıq üzü gördü

12:02 21 aprel 2026
"Bu cəmiyyət nə qədər ki, müəllimini günahkar sayacaq..."- Əlləri silaha kim öyrədir?!

"Bu cəmiyyət nə qədər ki, müəllimini günahkar sayacaq..."- Əlləri silaha kim öyrədir?!

12:00 21 aprel 2026
Uşaq nağıllarından "ehtiraslı pərilərə": Pəri romantikası nədir və niyə bu qədər populyardır?

Uşaq nağıllarından "ehtiraslı pərilərə": Pəri romantikası nədir və niyə bu qədər populyardır?

11:30 21 aprel 2026
Zabit olan danimarkalı yazıçı necə Nobel Sülh Mükafatına layiq görüldü?

Zabit olan danimarkalı yazıçı necə Nobel Sülh Mükafatına layiq görüldü?

11:00 21 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər