Yazıçılar Birliyində “Səhifələrdən obrazlar” sərgisi açıldı

Yazıçılar Birliyində “Səhifələrdən obrazlar”  sərgisi açıldı
8 may 2026
# 10:38

Azərbaycan Yazıçılar Birliyinin zalında “Səhifələrdən obrazlar” sərgisinin açılışı olub. Sərgi “Arts Council Azerbaijan” və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə Səbinə Zülalova tərəfindən təşkil olunub.

Kulis.az xəbər verir ki, sərgi Səbinə Zülalovanın “Qaranlıqdan işığa” yeni romanının motivləri əsasında müasir rəssamların yaratdığı əsərləri bir araya gətirir.

Sərgi unikal yaradıcı təcrübədir: rəssamlar nəşr olunmamış mətni vizuallaşdıraraq, obrazları, mənaları və emosional xətləri müstəqil bədii ifadələrə çevirirlər.

Layihənin əsas mövzusu qadınların üzləşdiyi sosial çətinliklər, eləcə də daxili dayağın və həyatın çətinliklərini aradan qaldırmağın yollarının axtarışıdır. Romanın ideyaları ilə konseptual olaraq əlaqəli olan psixoloq Firəngiz Ləmbəranskinin tövsiyələri layihəyə əlavə ölçü qatır.

Tədbirdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev də iştirak edib. Tanınmış yazıçı AZƏRTAC-ın müxbirinə ədəbiyyat əsərləri və ədəbi layihələr vasitəsilə cəmiyyətin problemləri barədə danışmağın nə dərəcədə vacib olduğundan bəhs edib.

“Bu, olduqca vacibdir. Ümumiyyətlə kitablar nə üçün yazılır? Folkner hesab edirdi ki, onlar bizə tab gətirməyə və yaşamağa kömək edir! Uzun illər ərzində Azərbaycan yazıçıları və şairləri Qarabağdakı faciə, həlak olanlar, Xocalıdakı qurbanlar, itirilmiş torpaqlar haqqında yazıblar. Və 2020-ci ildə yüzlərlə və minlərlə gənc könüllü olaraq Qarabağı azad etməyə gedirdi. İkinci Dünya müharibəsi zamanı Simonovun şeirləri və ya Erenburqun məqalələri əsgərlərimiz üçün güclü stimul idi. “Tom dayının daxması” romanının kölələrin azad edilməsində öz rolu olub və “Marselyeza” mahnısı Fransa millətinə ilham verib. Yazıçı öz xalqının perspektivdə müdafiəçisidir. O, ən aktual məsələləri qaldırmalı və onlar haqqında danışmaqdan çəkinməməlidir. Yalnız o zaman əsl yazıçıdır! Və ən əsası, müasir cəmiyyətin ən aktual problemlərini qaldırmaqdır”, - deyə Ç.Abdullayev vurğulayıb.

“Səhifələrdən obrazlar” sərgisinin kuratoru Sona Quliyevanın sözlərinə görə, bu kimi layihələr çox vacibdir, çünki incəsənət mürəkkəb məsələlərə yumşaq, lakin çox dərindən toxuna bilər.

“Bəzən rəsm, hekayə və ya sərgi insana sadə sözlərdən və ya müzakirələrdən daha dərindən təsir edə bilər. Rəssamlar yaradıcılığı vasitəsilə vacib sosial məsələləri qaldırdıqda, insanlar daha dərindən düşünməyə, başqasının dərdinə şərik olmağa və bir çox problemə fərqli baxmağa başlayırlar. İncəsənət bizə ucadan müzakirə edilməsi çətin olan məsələlər haqqında danışmağa kömək edir”.

“Səhifələrdən obrazlar” layihəsi xüsusilə ona görə maraqlıdır ki, hər bir rəssam bu hekayəni özünəməxsus şəkildə hiss edib və onu öz əsərləri vasitəsilə çatdırıb.

Mənə elə gəlir ki, məhz belə layihələr sənəti canlı və aktual edir. Onlar gözəl əsərləri nümayiş etdirməklə yanaşı, həm də insanlara bir-birini hiss etməyə, başa düşməyə və vacib mövzularla biganə qalmamağa kömək edir”, - deyə S.Quliyeva bildirib.

# 434 dəfə oxunub

Oxşar xəbərlər

Kadir İnanır vəfat etdi

Kadir İnanır vəfat etdi

20:30 26 iyun 2026
Onun portreti 1.7 milyon dollara satıldı

Onun portreti 1.7 milyon dollara satıldı

15:22 26 iyun 2026
Mehriban Nağıyevanın “O sehrli söz” kitabı işıq üzü gördü

Mehriban Nağıyevanın “O sehrli söz” kitabı işıq üzü gördü

14:25 26 iyun 2026
“Azərbaycan ordusu: Şücaət və qələbə”  adlı tədbir təşkil edildi

“Azərbaycan ordusu: Şücaət və qələbə” adlı tədbir təşkil edildi

12:39 26 iyun 2026
Cahangir Cahangirovun 105 illiyi münasibətilə musiqi axşamı

Cahangir Cahangirovun 105 illiyi münasibətilə musiqi axşamı

11:38 26 iyun 2026
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür

11:00 26 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər