Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi” adlı kitabın təqdimatı keçirildi

Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi”  adlı kitabın təqdimatı keçirildi
7 may 2026
# 21:39

Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi” adlı kitabın təqdimatı keçirilib

Kulis.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaradıcılarından və rəhbərlərindən biri olan tanınmış yazıçı-publisist, görkəmli ictimai-siyasi xadim, sabiq nazir və millət vəkili Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi” adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, jurnalistlər və yazarlar iştirak ediblər.

Kitab “Sirus” nəşriyyatında çap olunub. Nəşrin müəllifi mərhum jurnalist Məmməd Muraddır. Müəllif kitabda yaxın dostu haqqında xatirələrini və Sirus Təbrizlinin sevdiyi kəlamları oxucularla bölüşüb. Həmçinin, Sirus Təbrizlinin bəzi məqalələri də oxucuların diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən Sirus Təbrizlinin qızı Arzu Təbrizli bildirib ki, təəssüf ki, Məmməd Murad kitabın tamamlanmasını görə bilməyib:

“Atam haqqında yazılan bu kitabda əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu gün burada onu sevənlər, dostları və yaxınları toplaşıb. Kitabın redaktoru Kərim Kərimli, ikinci redaktoru Aynur Əlifqızı, korrektoru Fəridə Ziyadova, kitabın dizayneri Elnarə Heybətovadır. Hər birinə öz təşəkkürümü bildirirəm”.

Təqdimatda iştirak edən professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi Şahlar Əsgərov çıxışı zamanı bildirib ki, Sirus Təbrizli sənət üçün doğulmuş Azərbaycanlı idi:

“O Təbrizdə doğulmuşdu. Sirus mənafe daşıyıcısı olmayıb, ictimai mənafe daşıyıcısı olub. Videolarda da var — Vətən üçün çalışıb, özü üçün çalışmayıb. Hətta yadımdadır, nazir olanda mikrorayonda, şəhərdən uzaq bir ərazidə yaşayırdı. Ona ev təqdim etmək istəyəndə qəbul etməmişdi. Demişdi ki, “Mən nazir seçilmişəm deyə şəhərin mərkəzinə köçməli deyiləm”.
Bax, bu dərəcədə sadə və prinsipial insan idi. Ona görə də Azərbaycanın yeni dünyaya qoşulması üçün açıq şəkildə xidmət edib, böyük əmək sərf edib”.

Xalq şairi Vahid Əziz çıxışl zamanı bildirib ki, istər Sirus Təbrizli, istərsə də Məmməd Muradla çox yaxın dost olublar:

“Allah hər ikisinə də rəhmət eləsin. Bu iki insan hər zaman yaşayacaq. Onlar haqqında bir-iki cümlə danışmaq kifayət etməz. Çünki təkcə sənətləri ilə deyil, xarakterləri, insanlara verdikləri dəyər və yaddaşlarda qoyduqları izlərlə də xatırlanırlar. Belə insanlar fiziki olaraq aramızdan getsələr də, illərlə dinlənilən xatirələrdə və insanların qəlbində yaşamağa davam edirlər”.

Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu Etibar Məmmədov çıxışı zamanı bildirib ki,

“Demək olar ki, hər gün görüşürdük. O, ideyanı həyata keçirmək üçün lazım olan fəaliyyəti təşkil etməyi və onu reallaşdırmağı bacaran bir insan idi. Onun qızları bu gün bizi buraya toplayıb və bu tədbiri təşkil edib. Buna görə onlara təşəkkür edirəm”.

Kitab təqdimatı Sirus Təbrizli ilə bağlı bölüşülən xatirələrlə davam edib. Çıxış edənlər onun təkcə ictimai-siyasi fəaliyyəti ilə deyil, insanlarla münasibəti, sadəliyi və prinsipial mövqeyi ilə də yadda qaldığını vurğulayıblar.

# 1800 dəfə oxunub

Oxşar xəbərlər

Avropada muzeylər təhlükə altında:  Sənət əsərləri nə dərəcədə qorunur?

Avropada muzeylər təhlükə altında: Sənət əsərləri nə dərəcədə qorunur?

18:00 16 oktyabr 2026
“Zona marağı”  filminin rejissoru Qəzza  haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

“Zona marağı” filminin rejissoru Qəzza haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

16:00 16 oktyabr 2026
Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

15:38 16 oktyabr 2026
"U2"  yeni mahnısını təqdim etdi

"U2" yeni mahnısını təqdim etdi

15:30 16 oktyabr 2026
Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

14:00 16 oktyabr 2026
Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

13:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər