ARKA bu suala cavab verməlidir: 56 min manat kimlərə və necə paylanıb?

ARKA bu suala cavab verməlidir:  56 min manat kimlərə və necə paylanıb?
15 may 2025
# 18:40

Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.

Tələbə filmlərinin taleyi ilə bağlı “Tədris-film” kinostudiyasının direktoru Elnur Mehdiyevin kulis və qaynarinfo saytlarına verdiyi açıqlama qarışıqdır. Ona görə, ARKA-ya (Kino Agentliyinə) sorğu yolladım. Ümid edirəm ki, operativ reaksiya olacaq. Suallarım bunlardır.

- ARKA ilə "Tədris-fim" kinostudiyası arasında bağlanmış müqaviləyə əsasən, ilkin mərhələdə "Tədris-film"ə neçə min manat vəsait köçürülüb? Mənim məlumatıma və tələbələrin dediyinə görə, bu məbləğ 56 min manatdır. Elnur Mehdiyev isə kulisə açıqlamasında məbləğin 40 min manat olduğunu deyib.

- E.Mehdiyev açıqlamasında sonra deyir: “O vaxt bizə deyilməmişdi ki, filmlər ərsəyə gətirildikdən sonra maliyyə ayrılacaq. Bu məsələ müqavilədə yox idi. Müqavilə imzalanandan sonra biz bilmişik ki, sən demə, vəsait sonradan ayrılacaq. Hətta orada başqa bir bənd də var ki, maliyyə 30 faiz ayrıla bilər. Ancaq bir şərtlə, "Tədris-film"in balansında layihənin, ən azı, 10 faizi qədər maliyyə olmalıdır”. Sualım budur: müqavilədə bu məsələ necə tənzimlənib?
-

ARKA-nın ayırdığı maliyyə vəsaitinə nəzarət mexanizmi varmı?

P.S. Elnur Mehdiyevin açıqlamasında tələbələrin şikayət etməsini özbaşınalıq adlandırması fikri, artıq direktorun onlara münasibəti haqda müəyyən informasiya verir.

Qaynarinfoya açıqlamasında direktor deyir: “Müqavilədə göstərilir ki, ancaq film çəkilib təqdim ediləndən sonra maliyyə ayrılmalıdır".

Kulisə isə studiyaya 40 min manat pulun köçürüldüyünü deyir.

Direktorun sözlərinə inansaq, 40 min manatla 5 film çəkilib. Bu halda hər filmə 8 min manat vəsait düşür. Halbuki, 40 min manat 12 tələbə arasında bərabər bölünsəydi, hərəyə 3 min manat düşürdü və buna müəyyən işlər görmək mümkün idi. Bəs niyə, hansı əsasla 7 tələbə kənarda qalıb? Dediyim kimi direktorun açıqlamaları qarışıqdır. Araşdırdığıma görə, hazır olan filmlərdən biri “Düşmüş mələk” (rej: Elmar Fərzəli) demək olar ki, nisyə çəkilib. Komandanın, həmçinin, əsas rolları oynayan aktyorların Elməddin Zakirlinin və Şahin Abdullayevin qonorarları neçə aydır verilmir. Tələbə filmləri layihəsinin kuratoru olmuş Elxan Cəfərovun fəaliyyəti ilə bağlı da bir tənqidi qeydim var. Bu haqda sonra yazaram.

# 2812 dəfə oxunub

Oxşar xəbərlər

“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

11:45 14 may 2026
Azərbaycanlı rejissorun filmi beynəlxalq proqrama seçildi

Azərbaycanlı rejissorun filmi beynəlxalq proqrama seçildi

13:00 13 may 2026
99-cu "Oskar" mükafatlarının aparıcısı bəlli oldu

99-cu "Oskar" mükafatlarının aparıcısı bəlli oldu

12:00 13 may 2026
79-cu Kann Film Festivalı: "Qızıl Palma Budağı" uğrunda kimlər yarışacaq?

79-cu Kann Film Festivalı: "Qızıl Palma Budağı" uğrunda kimlər yarışacaq?

11:30 13 may 2026
Bursada “Qaynana”  filmi nümayiş olundu

Bursada “Qaynana” filmi nümayiş olundu

16:30 12 may 2026
“Qırxdan sonra…” filminin xüsusi nümayişi keçirildi

“Qırxdan sonra…” filminin xüsusi nümayişi keçirildi

09:43 12 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər