Türkiyəli aktrisa Məryəm Uzərli yeni filmə çəkiləcək.
Kulis.az xəbər verir ki, sənətçi Səbahəddin Əlinin “Xəz paltolu Madonna" romanı əsasında çəkilən eyniadlı filmdə Maria Puder obrazını canlandıracaq.
Baş qəhrəmanlardan Raif Əfəndi obrazı üçün isə aktyor axtarışı davam edir.
Qeyd edək ki, ekran əsərinin Türkiyə və Almaniyada lentə alınması planlaşdırılır.