Məşhur Hollivud aktyoru Steysi Kiç vəfat edib.
Kulis.az xəbər verir ki, aktyor 85 yaşında Polşada dünyasını dəyişib.
O, uzun müddət ürək çatışmazlığından əziyyət çəkib.
Steysi Kiç "The New Centurions", "Fat City", "American History X" və bir çox digər filmlərdə rol alıb.
Qeyd edək ki, aktyorun sonuncu filmi 2025-ci ildə ekranlara çıxan “Cey Kelli” olub.