2000-ci illərdə İngiltərənin televiziya və radio dünyasının ən tanınan simalarından olan komediyaçi və aktyor Russell Brand dörd qadına qarşı törətdiyi cinsi zorakılıq cinayətlərinə görə həbs edilib.
Kulis.az xəbər verir ki, Londonun "Southwark" Məhkəməsində keçirilən prosesdə təqsirli bilinən 51 yaşlı komediyaçının alacağı həbs cəzası bu gün elan olunacaq.
Keçmişdə "MTV", "Channel 4" və "BBC" kimi məşhur media qurumlarında çalışan, qalmaqallı və cinsi yönümlü zarafatları ilə məşhurlaşan Brand 2004–2009-cu illər arasında dörd ayrı qadına qarşı cinsi zorakılıq ittihamı ilə mühakimə olunub.
Böyük Britaniyada təcavüz cinayətinin cəzasının ömürlük həbsə qədər uzana biləcəyi bildirilir.
Qeyd edək ki, bu hadisə əyləncə sektorundakı güc sui-istifadələri və media qurumlarının məsuliyyəti ilə bağlı geniş müzakirələrə və sərt tənqidlərə səbəb olub.