1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib
11 noyabr 2026
# 11:00

Britaniyalı yazıçı Çayna Mevil 2026-cı ilin “Goldsmiths” mükafatının qalibi olub. Müəllif bu uğura 1200 səhifəni aşan, müasir ədəbiyyatın ən qeyri-adi romanlarından sayılan “The Rouse” əsəri ilə imza atıb.

Kulis.az xəbər verir ki, 10 min funt sterlinq məbləğində mükafat qazanan roman yazıçının təxminən 20 il ərzində üzərində işlədiyi layihədir.

Əsər XX əsrin qanlı siyasi tarixini, müstəmləkəçilik irsini, Soyuq müharibə dövrünü, mistik hadisələri və ailə dramını bir yerə toplayır.

Romanda hadisələr 1973-cü ilin Londonunda başlayır. Maur adlı qadın hərbi kazarmada oğlunun müəmmalı ölümünü araşdırmağa çalışır. Araşdırma dərinləşdikcə Britaniya dövlətinin fövqəltəbii hadisələrə marağı və gizli fəaliyyətləri ilə bağlı sirlər üzə çıxır. Beləliklə, adi bir ailə faciəsi siyasi tarix, paranormal hadisələr və insan psixologiyasının qaranlıq tərəflərini birləşdirən böyük ədəbi macəraya çevrilir.

Münsiflər əsəri tarixi materialla cəsarətli davranışına, dil eksperimentlərinə və roman janrının sərhədlərini genişləndirməsinə görə yüksək qiymətləndiriblər. Mükafatın tarixində indiyədək heç bir qalib roman “The Rouse” qədər həcmli olmayıb. Mevil özü isə əsəri həyatının ən mühüm yaradıcılıq işi adlandırıb.

The Rouse by China Miéville - Pan Macmillan

# 46 dəfə oxunub

Oxşar xəbərlər

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

10:40 11 noyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:20 11 noyabr 2026
Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər