Amerikalı model və aktrisa Touki Smit vəfat edib.
Kulis.az xəbər verir ki, model 74 yaşında Nyu-Yorkdakı xəstəxanaların birində dünyasını dəyişib.
Onun ölüm səbəbi uzun müddət mübarizə apardığı dağınıq skleroz xəstəliyi olub.
Əsl adı Doris Smit olan Touki 1952-ci il sentyabrın 25-də Filadelfiyada anadan olub.
O, karyerasına 1972-ci ildə model kimi başlayıb.
Müxtəlif illərdə "Chanel", "Givenchy", "Issey Miyake" və "Thierry Mugler" kimi məşhur moda evləri ilə əməkdaşlıq edib.
1978-ci ildə isə "Bloomingdale's" univermağı tərəfindən ilin modeli seçilib.
Daha sonra aktrisalıq fəaliyyətinə başlayan Touki Smit "Miami Vice" serialında və "227" komediya layihəsində rol alaraq geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
O, həmçinin "Talkin Dirty After Dark", "I Like It Like That", "Joes Apartment" və "The Preachers Wife" filmlərində çəkilib.
Qeyd edək ki, Touki Smit 1988-1996-cı illərdə Hollivud ulduzu Robert De Niro ilə münasibətdə olub.