"Netflix" platforması məşhur “Alatoranlıq” film seriyası əsasında animasiya serialı hazırlayacaq.
Kulis.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib.
Layihə Stefani Mayerin “Gecəyarısı günəşi” romanı əsasında çəkiləcək.
Əsərdə ilk “Alatoranlıq” filminin hadisələri "Edvard"ın dilindən nəql olunur.
Qeyd edək ki, ekran işində baş rolları Kristen Stüart və Robert Pattinson ifa ediblər.