Böyük Britaniyanın ən nüfuzlu ədəbiyyat mükafatı olan "Booker" 2026-cı il üzrə sahibini tapıb.
Kulis.az xəbər verir ki, 81 yaşlı ingilis yazıçısı M. Con Harrison distopik elmi-fantastik janrdakı "The End of Everything" ("Hər şeyin sonu") romanı ilə müfakatın qalibi seçilib.
O, mükafatın 57 illik tarixində "Booker" qazanan ən yaşlı yazıçı kimi tarixə düşüb.
Münsiflər heyətinin sədri, filoloq Meri Berd romanı "bugünün siyasətinin gələcəyin obyektivindən nümayişi" adlandıraraq əsərin cəsarətini və təhkiyəsini yüksək qiymətləndirib.
Roman La-Manş dənizi sahilində, cəmiyyətin dağıldığı və yadplanetli varlıqların peyda olduğu yaxın gələcəkdə cərəyan edir.
Yarım əsrdən çoxdur ədəbiyyat dünyasında fəaliyyət göstərən Harrison elmi-fantastikanın mühüm ədəbi növ kimi qəbul edilməsi uğrunda mübarizə apardığını və bu mükafatla nəhayət özünü "həqiqi yazıçı" kimi hiss etdiyini deyib.
Qeyd edək ki, bu qalibiyyət yazıçıya 50,000 funt-sterlinq pul mükafatı qazandırıb.