Kimin qucağında sevirsən məni? - Elvin Bakiroğlunun şeirləri

Kimin qucağında sevirsən məni? - Elvin Bakiroğlunun şeirləri
23 fevral 2016
# 16:03

Kulis Elvin Bakiroğlunun yeni şeirlərini təqdim edir.

36 yaşın şeiri

əlimi üzmüşəm yağış səsindən,

daha gün də çıxmaz yağışdan sonra.

kirayə bir evin pəncərəsindən

səni sevmək olmur bu yaşdan sonra

səni sevmək olmur yad bir ölkədə,

səni sevmək olmur tələbə kimi.

əlavə bir yüksən hər gün bəlkə də

çıxdığım altıncı mərtəbə kimi.

elə ki gözündən bir az yaş axır,

ev yiyəsi evə gələnəcəndi.

hönkürəndə səsin bayıra çıxır,

səni sevmək olmur, divar incədi.

tənhalıq üstümə it kimi hürür,

mən oldum-olmadım evdə dolaşır.

səni sevmək olmur, qonşular görür,

deyirlər bu oğlan kimlə danışır.

amma sən, bilirəm, elə indi də,

ilin bu çağında sevirsən məni.

kimin maşınında, kimin evində,

kimin qucağında sevirsən məni?..

Sağlıq

yaşamaq lazımdı həyatın acığına,

inadına yaşamaq!

eynən

əziz bir adam kimi

gözləmək lazımdı ölümü,

çünki vaxtında gələni gözləməyə dəyər.

yaşamağı bacaran

nə həyata uduzar,

nə ölümə baş əyər.

məsələn

edama məhkum olsaq,

son arzumuzu soruşsalar,

“incəldiyi yerdən qopsun” - deməyi bacarmalıyıq.

anlamalıyıq

bu dünyanın heçliyini, puçluğunu,

geci-tezi əlimizdən uçduğunu

bilməliyik ki tanrı pıçıldayır

son nəfəsini verən adamın qulaqlarına:

“reklamlar bitdi, seyrə davam”...

# 5470 dəfə oxunub

Oxşar xəbərlər

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
Süni İntellektuallarımız necə yarandı?

Süni İntellektuallarımız necə yarandı?

13:00 27 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər