Rəsul Rza mükafatı laureatlara təqdim olundu

Rəsul Rza mükafatı  laureatlara təqdim olundu
19 may 2026
# 18:22

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 116-cı ildönümündə Rəsul Rza mükafatları təqdim edilib. Əvvəlcə bir qrup qələm adamı Xalq şairinin Fəxri xiyabandakı məzarını ziyarət edərək üzərinə tər güllər düzüb, xatirəsini anıblar. Sonra Azərbaycan Yazıçılar Birliyində (AYB) Rəsul Rza Ədəbiyyat Ocağı İctimai Birliyinin tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Milli Məclisin vitse-spikeri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, Rəsul Rza Fondunun sədri akademik Rafael Hüseynov çıxış edərək Rəsul Rzanın yaradıcılığından, ədibin zəngin irsinin Azərbaycan xalqı üçün dəyərindən danışıb. O, ötən il şairin ev-muzeyinin açılışını əlamətdar hadisə kimi qiymətləndirib.

Akademik Rafael Hüseynov hər il görkəmli şairin doğum günü ərəfəsində təqdim edilən Rəsul Rza mükafatının Beynəlxalq Rəsul Rza Fondu tərəfindən təsis edildiyini diqqətə çatdırıb, bu il mükafat alacaq şəxslərin adlarını açıqlayıb.

Bildirib ki, bu il Xalq şairi Sabir Rüstəmxanlı, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı, tənqidçi Əsəd Cahangir, şair-publisist Azər Hacıbəyli, şair Seyidağa Seyid Sadıq, şair Məlahət Hümmətqızı və ədəbiyyatşünas Əkbər Əlioğlu Rəsul Rza mükafatına layiq görülüblər.

Mükafat alanlar Rəsul Rza Ədəbiyyat Ocağına, Xalq yazıçısı Anara və akademik Rafael Hüseynova minnətdarlıqlarını ifadə ediblər.

Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxış edərək mükafata layiq görülən qələm adamlarını təbrik edib, Rəsul Rza yaradıcılığının təbliğinə görə onlara təşəkkürünü bildirib.

# 761 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər