“Soyun, səni çəkim!” – YENİ LAYİHƏ

“Soyun, səni çəkim!” – <span style="color:red;">YENİ LAYİHƏ
16 dekabr 2014
# 15:24

İllüstrator Mayk Perrinin təşəbbüsü ilə “Soyunun və sizi çəkəcəklər” şüarı altında yeni beynəlxalq layihə keçirilir. Bu layihədə istənilən insan çılpaq halda rəssamlar qarşısında poz verə bilər.

Çılpaq poz verənlərdən biri, Böyük Britaniyalı rəssam Tanis Teylordur.

O, 20 ildir ki, rəssamlıqla məşğuldur və indi bu prosesdə molbertin o biri üzündə olmağı qərara alıb.

Teylor bununla bağlı təəssüratlarını bölüşür:

“İnsanın necə soyunmasına baxıb, onun haqqında çox şey demək olar. Naturaçı qadınlar daha çox ipək xalat geyir və poz vermədən öncə onu çox lətif şəkildə çiyinlərindən sürüşdürürlər. Bəziləri isə geyinib-soyunma otağından sakit halda çılpaq çıxır və şagird rəssamlarla söhbətləşirlər. Bəziləri gözlərini gizlədir. Belə bir naturaçını xatırlayıram, qiyafətini hissə-hissə çıxardı, sonra oturduğu stuldan bütöv bir saat ərzində təntənə ilə güldü.

Məni fikir götürmüşdü: mənim vaxtım gəlsə nə edəcəyəm? Mən orta statistik, 40 yaşlı bədənimi tanımadığım insanlara necə göstərəcəyəm?

Məndən qabaqkı naturaçı podiumu elə indicə tərk etdi. O, gənc, saqqalı, tatuirovkalı idi və yanından keçən rəssamlarla görüşürdü. O, mütəvaze adama oxşamırdı. Mən geyinib-soyunma otağına gedirəm, bədənimə solğun pudra çəkirəm - yaxın yarım saat ərzində o, çılpaq bədənimdə geyimi əvəz edəcək. Sonra studiyaya daxil oluram, orda məni səkkiz kişi və iki qadın gözləyir. Onlarla salamlaşıram və üzrxahlıq jesti ilə əynimdəki köynəyi atıram.

Mən illüstrator Mayk Perrinin beynəlxalq eksperimentində iştirak edirəm. Perri geniş publikaya “Soyunun və sizi çəkəcəklər” çağırışı ilə müraciət edib. Dünyanın müxtəlif ölkələrindən onun xoşuna gələn rəssam və illüstratoru yığaraq sosial şəbəkə vasitəsilə tədbirlər təşkil edir. Və bu tədbirlərdə adi adamlar poz verirlər”.

Perri layihə haqda deyir: “Hər şey 2011- ci ildə başladı. Mən canlı natura çəkməyə qayıtmaq istəyirdim, amma adi kurslara getməyə səbrim yox idi. Düşündüm ki, təsadüfi adamlar naturaçı olmağa razı olarlarmı? Sınaq üçün biz Tvitter vasitəsi ilə belə sessiya təşkil elədik. Doğrusu, düşünmürdük ki, kimsə gələcək, amma reaksiya fenomenal oldu. Və rəsmlər peşəkar naturaçılarla müqayisədə daha əla alındı”.

Layihə populyarlıq qazandı, könüllülər Nyu-Yorkda Amsterdamda, Londonda poz vermək üçün toplanırdılar. Naturaçılar arasında ilk görüşə çıxan cütlük, yuxusuzluqdan əziyyət çəkən iki uşaqlı ana, psixoloqa gedən qız və başqaları vardı.

“Soyunun və sizi çəkəcəklər” tədbirinin iştirakçılarından biri rəssam Kayl Pletts deyir:

“Bura ən müxtəlif adamlar gəlir. Bəziləri özünü suda balıq kimi hiss edir. Bəziləri prosesin ortasında “hə, mənə rahat deyil, çünki əvvəl bunu eləməmişəm” deyir. Elə adamlar da var ki, onlara heç cür rahat deyil, amma çılpaq poz verməklə sanki özləri-özlərinə nəyisə sübut eləmək istəyirlər. Dərhal hiss olunur ki, onlar bundan ötrü bütün cəsarətlərini toplayıblar və görünür, bu sınaqdan keçmək istəyirlər”.

Tanis Teylor davam edir:

“Mən Londonun şərqindəki studiyada qarışıq fikirlər içində oturmuşam. Küçədən keçən adamları çaşdırmamaq üçün pəncərə ağ pərdələrlə bağlanıb. Rəssamlar müəyyən poz alaraq qələm və tuşlarla A4 formatında çəkirlər, mən onların atdığı ilkin cizgiləri yaxşı görürəm.

Bu, ilkin cizgilərdən birində mənim qarnım döşümdən daha qabağa çıxıb.

Mən gözlərimi dibçəyə dikmişəm və özümə deyirəm ki, bu, boş şeydir, öhdəsindən gələcəyəm. Hər halda 20 ildən çox molbertin o üzündə vaxt keçirmişəm, bilirəm ki, indi mən müqəddəs, toxunulmaz zonada yerləşirəm.

Naturadan çəkilişdə snobizmə yer yoxdur.

Sinədəki qat, qarındakı qabarıqlıq – bunlar rəssamın dostlarıdır. Rəssamlar Lyüsen FreydCenni Savilin tablolarındakı bədən formasının qeyri-bərabərliyini xatırlayın. Mənim işlədiyim ən yaxşı modellərin ideal fiquru yox idi, onlar adi xüsusiyyətlərə malik adi insanlar idi: büstqalterin qoyduğu izlər, pis ayaqqabının səbəb olduğu yastı ayaqlar... Mən belə detalları çəkməyi sevirəm.

Mənə maraqlı olan və açıq olmayan poza alıram. Nəfəsim tutulur, qarnıma sancı gəlir. Mayk məndən bir az yerimi dəyişməyi xahiş edir və mən səssizcə ona itaət edirəm. Hansısa etapda mənə elə gəlir ki, rəssamlardan biri darıxmağa başlayır. Birdən başa düşürəm ki, studiyada mənə heç kəs qiymətləndirici nəzərlərlə baxmır. Mən özüm özümü qiymətləndirirəm.

Mən eksperimentə cəhd edirəm. Sessiyanın başlamasından altı dəqiqə sonra ayaqda qapalı pozada (başımı aşağı əyib, ayaqlarımı çarpazlaşdırmışam) öz bədənimə adi maraqla baxmağı qərara alıram.

Mən qamətimin ümumi şəklini qeyd edirəm – bir birinə bağlı forma yığımı və dərinin müxtəlif çalarları.

Bu, maraqlıdır, vəssalam. Amma mən sakit nəfəs almağa başlayıram. Və birdən məkanda musiqi səsi eşidirəm. Baxışımı gül dibçəyindən çəkib rəssamlardan birinə dikirəm və asta-asta, tədricən tutduğum məkanı kontrol etməyə başlayıram.

Belə yazılmamış sosial qaydalar var ki, biz, birinci növbədə isə qadınlar özümüzə diqqəti necə cəlb etməliyik? Bunu açıq şəkildə etmək ədəbsizlikdir. Amma kölgədə qalmaq və nəzərə çarpmamaq da xoş deyil. Mən həmişə ikinci dərəcəli fəndlərdən istifadə eləmişəm: ağlı nümayiş etdirmək, yumor hissi, yüngülvarı nazlanmaq...

İstifadə elədiyim fəndlərdən yarım saat ərzində uzaqlaşmaq, ancaq bədənimin formasına görə qiymətləndirilən vəziyyətdə olmaq vərdiş etmədiyim hissdir.

Özünün ideal olmayan və qocalan bədəninlə tanımadığın adamların qarşısında dayanmaqda nəsə xüsusi azadlıq var.

Bu, sizə makiyajsız selfi deyil.

Süni ciddilik və rahatsızlıq tədricən gedir. Mən özümü bu prosesə tamamilə cəlb edilmiş hiss edirəm.

Özümü cazibədar və maraqlı hiss edirəm. Burda heç bir erotika yoxdur. Rəssamların mənimlə necə maraqlandığını görürəm - gözlər bədənimə baxır,

əllərdəki qələm kağızda xışıldayaraq bədənimin cizgilərini verir.

Özümü arxitektura predmeti kimi hiss edirəm.

Sessiyanın sonunda köynəyimi əynimə çəkirəm və ötən yarım saatda özümdən kənarlaşdırdığım sosial şərtilik çərçivəsinə qayıdıram.

Amma sonrakı həftələrdə bu təcrübənin izlərini duyuram. Sanki lampa işıqlarında dayanmaq, özünə diqqətli baxışları duymaq, sonra bu baxışların xeyirxahlığını dərk etmək – bütün bunlar mənə özünə diqqəti cəlb etməyin sadə və vicdanlı vasitəsi kimi göründü.

Və buna bənzər nəyisə mən gündəlik həyatımda təcrübədən keçirə bilərəm. Libas çıxartmaq zərurəti olmadan...

Ellen Fişer Turk kimi fotoqrafçılar çılpaq foto vasitəsilə qadın bədəni haqda formalaşmış ənənəvi təsəvvürü dəyişməyə çalışır. Və modellərdən hisslərini gündəlikdə yazmağı xahiş edirlər.

Sessiyadan sonra rəsmlərdən birini aldım. Bu, mənim xoşuma gəlir. Təsvir mənə oxşamır, amma onda məndə əksini tapmış nəsə bir hiss verilib.

Kimisə çəkən rəssamlar əslində mahiyyətcə özlərini çəkirlər. Lyüsen Fred deyir ki, naturaçı kişi və qadınlar emosiyaların start nöqtəsini verərək rəssam üçün əhəmiyyətli intim rol oynayır.

Mən deyərdim ki, emosiyaları təkcə rəssam yaşamır: onlar səni müşahidə edəndə yox, baxanda bu, çox kömək edir. Məsləhətdir.”

Çevirdi: Sevda Sultanova

# 942 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #