Mənim tanıdığım türklər
31 oktyabr 2012
08:15
Bu günlərdə yazıçı dostum Seymur Baycanın türk köşə yazarları ilə bağlı yazısını oxudum. Açığı, türklər barədə çoxdan yazmaq istəyirdim, Seymurun yazısı bir az da həvəsləndirdi məni. Amma mən köşə yazarlarından deyil, orta statistik türklərdən danışmaq istəyirəm.
Bəri başdan qeyd eləyim ki, mən türk ədəbiyyatını da, kinosunu da sevirəm. Bu işin mədəni tərəfi. Məişət tərəfinə gəlincə türklərin təmizkarlığının, süfrədə ədəb-ərkan bilmələrinin, böyük-kiçik yeri bilə-bilə davranmalarının da heyranıyam. Sevgi və heyranlığım bu maddələrlə də yekunlaşır.
Keçək, türklərin xislətinə. İt əl-ayağı yemiş adam kimi il uzunu səfərlərdə oluram. İldə azı iki dəfə Türkiyəyə ayağım düşür. Türklərin ziyalısını, solçusunu, vətənpərvərini, gəncini, andeqraundunu, əyyaşını, abazasını, dindarını-hər növünü tanıyıram.
Türklər təqdimat və xidmət xalqıdır. Bir tikə ətin böyür-başını min bir cür tərəvəz, meyvə, sous, ot-ələflə bəzəyib, elə təqdim eləsinlər ki, elə biləsən cəmdək yeyirsən. Bu bəsit bir misal idi. Mənzərəni gözünüzün qarşısına gətirəsiniz deyə. Yəni onlar mövzuya, tarixi fakta, binaya, futbola, musiqiyə – hər şeyə belə münasibət bəsləyib, belə təqdim eləyirlər. Xidmət məsələsində də mən bu xalqdan bacarıqlısını tanımıram. Türklər xidmət etmək üçün yaranmış xalqdır. Qulluqpərgarlıq alınlarına yazılıb. Bütün Türkiyədən bu səs gəlir: «Buyrun, buyruuuuun!!!», «Çaylar şirkətdən, abi!». Hər şey, hər söz, hər xidmət müştərinin bir də bura gəlməsinə hesablanıb.
Amma vay o gündən ki, orta statistik türklə ədəbi-mədəni-ictimai-siyasi söhbətlərə girişəsən. Adamın əti tökülür. Ədəbiyyat, incəsənət, siyasət barədə ən bəsit, ibtidai bilgilərini elə təmtəraqla təqdim eləyirlər ki, adamın əli ağzında qalır. Onların gerçəyi, həqiqəti qavramalarında mütləq bir qəribəlik olur. Heyran qaldıqları Dostoyevski və Tarkovskidən heç nə başa düşməyiblər. Amma oxuyub-baxmaqları ilə öyünməyə gələndə, ağızlarına çullu dovşan sığmır. Ümumiyyətlə, türklərin tarixçisindən tutmuş, artistinə, futbolçusundan siyasətçisinə, fəhləsindən biznesmeninə qədər hamısında bir basıb-bağlamaq, vacib görünmək, ən sadə şeyləri ballandıra-ballandıra anlatmaq, sözün mustafasına gələndə ora-bura caymaq azarı var.
Orta statistik türk həm də yekəxanadır. Xırda millətlərin nümayəndələri bir balaca fağır olanda onu təpəqapaz eləməyi özünə borc bilir.
Bir dəfə təsadüfən bir türklə danışırdım. Orta statistik türk idi. Başladı ki, Azərbaycan məndə bura fahişəliyə, ya da qoca kişiyə ərə gedib, ona pul atmağa gələn qadınlarla assosiasiya olunur. Açığı, mən çox millətpərəst-zad deyiləm. Mənim millətpərəst, vətənpərvərlik azarım həmişə ikinci arağın birinci yarısında, yəni özünütənqid hissimi itirəndən sonra başlayır. Amma onda içib eləməmişdim. Sadəcə ömründə beş kitab oxumamış bu tərbiyəsiz adamı susdurmağı özümə borc bildim. Dedim ki:
- Oxumuş alman, fransız, amerikalı və ala babat mütaliəsi olan azərbaycanlı üçün türklər Orxan Pamukdur, Nazim Hikmətdir, Atilla İlhandır, Fatih Akındır, Küçük İskəndər və başqalarıdır. Orta statistik, mütaliəsiz alman, fransız, amerikalı və azərbaycanlı üçün isə türklər sadəcə dönər satandılar. Orta savadı, babat mütaliəsi olan azərbaycanlı sizin heyran-heyran danışdığınız Dostoyevskini orijinaldan oxuyur, Tarkovskinin filmlərinə rus dilində baxır. Siz də Azərbaycanı Axundova, Əli bəy Hüseynzadəyə, Məmməd Əmin Rəsulzadəyə görə yox, yavagəzən arvadlara görə tanıyırsınızsa, bu, sizin savadınızın və çevrənizin səviyyəsindən xəbər verir.
Orta statistik türklə yanaşı, türk ziyalısı da həmişə bizi ruspərəstlikdə, rusların təsirinə düşməkdə ittiham eləyir. Onlara elə gəlir ki, biz rusların ədəbiyyatından, kinosundan, musiqisindən faydalanıb, özlərinə də təpik atmalıyıq. Dostoyevskini, Bunini, Çexovu oxuyub, onların personajlarına, rus ruhuna, rus xislətinə nifrət eləməliyik.
Adama deyərlər, iyirmi ildən çoxdur sərhədlər açılıb. Necə oldu, bu iyirmi il ərzində siz bura it ətindən dönər, hələ bircə zəlzələ təcrübəsi keçməmiş sarsaq-sarsaq binalar, çit-mitdən başqa bir şey gətirmədiniz? Kitabınızı, kinonuzu, dünyada ən qədim xalq teatrlarından olan teatrınızı gətirmədiniz. Niyə sizin Azərbaycana gətirdiyiniz incəsənət nümunələri evdə dikdabanla gəzən yekədöş qızlarla dolu «it gəldi, örkən apardı» seriallar, beş klipində eyni taxtın üstündə sevişən səy müğənnilər, İbrahim Tatlısəslə yekunlaşdı?
Niyə iyirmi ildən sonra Bakıda kitab dükanını yenə ruslar açdı?

6546 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024