27 yaşlı fransalı aktrisa Anjel Metsger vəfat edib.
Kulis.az xəbər verir ki, onun meyiti noyabrın 7-də Paris yaxınlığındakı Sosial Fəaliyyət Mərkəzinin binasının qarşısında aşkarlanıb.
İlkin məlumatlara görə, sənətçi yeraltı dayanacağın üzərində yerləşən pilləkən və ya platformadan yıxılıb.
Hadisə yerinə gələn həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ölümün hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək üçün araşdırma aparılır.
Qeyd edək ki, Anjel 2022-ci ildə “Chair tendre” serialında canlandırdığı Saşa obrazı ilə tanınıb. O, həmçinin “Madam Hayd”, “Mənim körpəm”, “İnsan münasibətləri”, “Fotogeniko” və “Drone Games” ekran işlərində rol alıb.