Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi
11 noyabr 2026
# 18:38

Əfsanəvi avstraliyalı musiqiçi Nik Keyv musiqi sahəsində və mahnı yazılışında süni intellektin istifadəsinə dair kəskin fikirlərini bölüşüb.

Kulis.az xəbər verir ki, özünün rəsmi "The Red Hand Files" bülletenində pərəstişkarlarının suallarını cavablandıran Keyv mahnı generatorlarını insan əməyini dəyərsizləşdirən və "şər potensiala malik" texnologiya kimi qələmə verib.

Sənətkar bildirib ki, süni intellekt platformaları insanlığın çəkdiyi zəhməti yalnız adi bir məhsula endirərək yaradıcı prosesə xələl yetirir.

Keyv heç vaxt kədər, sevinc və ya itki hissi yaşamamış platformaların 15 saniyəyə "ruh təqlidi" yaratmasını həqiqi bəstəkarlara və söz yazarlarına təhqir adlandırıb.

Qeyd edək ki, musiqiçi eyni zamanda 2027-ci ildə Şimali Amerikada keçiriləcək "Conversations With Nick Cave: An Evening Of Talk And Music" adlı yeni solo konsert turunu da elan edib.

# 42 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
Rembrandtın "Gecə keşikçisi"  tablosunda  bakteriyalar aşkar edildi

Rembrandtın "Gecə keşikçisi" tablosunda bakteriyalar aşkar edildi

16:26 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər