Avropada muzeylər təhlükə altında: Sənət əsərləri nə dərəcədə qorunur?

Avropada muzeylər təhlükə altında:  Sənət əsərləri nə dərəcədə qorunur?
16 oktyabr 2026
# 18:00

Luvr muzeyində baş vermiş böyük oğurluqdan bir il sonra Avropada muzeylərə və kolleksiyalara qarşı bir sıra yeni hücumların qeydə alınması təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Mədəni irs müəssisələri həm fiziki mühafizə, həm də rəqəmsal sistemlərin qorunması baxımından yeni risklərlə üzləşirlər.

Kulis.az xəbər verir ki, "The Wall Street Journal" qəzetinin araşdırmasına görə, 2025-ci ilin əvvəlindən Uelsdən Siciliyaya qədər Avropanın 14-dən çox muzeyi oğurluq və sürətli basqınların hədəfinə çevrilib. Bu hadisələr qrup halında hərəkət edən cinayətkarların muzeylərdəki qiymətli əşyalara marağının artdığını göstərir.

Ekspertlər mümkün səbəblər arasında qızılın qiymətinin yüksəlməsini, qiymətli daşların daşınmasının asanlığını və oğurlanmış sənət əsərlərinin qara bazarda yüksək məbləğə satılması barədə yanlış təsəvvürləri göstərirlər. Əslində, məşhur sənət əsərlərinin açıq bazarda satılması olduqca çətindir; oğurluq hadisələrində daşına bilən qızıl, zinət əşyaları və digər qiymətli obyektlər daha cəlbedici hədəfə çevrilir.

Muzeylər təhlükəsizlik kameraları, rəqəmsal nəzarət və süni intellekt vasitəsilə şübhəli hərəkətlərin müəyyənləşdirilməsi kimi üsullardan daha geniş istifadə etməyə başlayıblar. Bununla belə, hər bir hadisədən sonra bəzi sərgilər bağlanır və kolleksiyaların nümayişi məhdudlaşdırılır.

Mədəniyyət müəssisələri üçün əsas problem tarixi əşyaları ictimaiyyətə əlçatan saxlamaqla onların təhlükəsizliyini təmin etmək arasında tarazlıq yaratmaqdır.

# 914 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər