"Bestseller siyahıları ölü kitabların qəmli qəbiristanlığıdır..." - Karlos Fuentes

"Bestseller siyahıları ölü kitabların qəmli qəbiristanlığıdır..." - Karlos Fuentes
11 noyabr 2026
# 14:00

Bu gün məşhur Meksika yazıçısı Karlos Fuentesin doğum günüdür.

Kulis.az onun əsərlərindən maraqlı sitatları təqdim edir.

İncəsənət tarixin öldürdüyünə can verir. İncəsənət tarixin inkar etdiyinə, susdurduğuna və ya təqib etdiyinə səs verir. İncəsənət tarixin yalanlarına həqiqət gətirir.

***

Özünü sənə və mənə bənzəməyən həmin kişidə və qadında tanı.

***

Yazmaq sükuta qarşı mübarizədir.

***

Məni təsnif etməyin, oxuyun. Mən yazıcıyam, janr deyiləm.

***

Mədəniyyət ayrılıqlardan deyil, əlaqələrdən ibarətdir: ixtisaslaşmaq təcrid olunmaq deməkdir.

***

Ehtiyac duyuram, deməli, xəyal edirəm.

***

Tənqidin bir nikbinlik forması olduğunu və cəmiyyətinizin çatışmazlıqları barədə susduqda həmin cəmiyyətə qarşı çox bədbin yanaşdığınızı tezliklə kəşf etdim. Yalnız bu cəmiyyət haqqında həqiqəti danışdıqda ona olan inamınızı göstərmiş olursunuz.

***

Həyatdan bir tikə almaq məni maraqlandırmır, mən xəyal gücündən bir tikə istəyirəm.

***

Hər cür fundamentalizm - dini, etnik, millətçi və qəbilə fundamentalizmi tərəfindən parçalanmış bir dünyada, hər şeyi axarına buraxdıqda bazarın bütün problemlərimizi həll etməyə qadir olduğuna dair dini inamı ilə iqtisadi fundamentalizmə birinci yeri verməliyik.

***

Yaddaş doyuzdurulmuş arzudur.

***

İnsan Şəhrizad kimi ölməmək üçün hekayə danışmaq istəyir. Bu, bəşəriyyətin ən qədim istəklərindən biridir. Bu, ölümü ləngitməyin bir yoludur.

***

Ədəbiyyat tarixi üstələyir, çünki ədəbiyyat sizə bir həyatdan daha çoxunu bəxş edir. O, təcrübəni genişləndirir və oxuculara yeni imkanlar açır.

***

Ənənə olmadan yaradıcılıq yoxdur. Heç kəs yoxdan yarada bilməz.

***

Oxumaq, yazmaq, öyrətmək, öyrənmək - bütün bunlar sivilizasiyaları bir-biri ilə tanış etməyə yönəlmiş fəaliyyətlərdir.

***

Məhəbbət bizi ətrafımızdakı hər şeydən təcrid edə bilər. Lakin onun yoxluğunda müqayisə oluna biləcək bir şeyin varlığı qorxusu ilə dolub-daşa bilərik.

***

Mən risklə yaşayıram. Risk olmadan incəsənət yoxdur. Həmişə uçurumun kənarında durmalı, yıxılıb boynunuzu qırmaq ərəfəsində olmalısınız.

***

Bəzi yazıçılar böyük şöhrət qazanır və sonra həmişəlik yoxa çıxırlar. Son əlli ilin bestseller siyahıları, bir neçə parlaq istisna olmaqla, ölü kitabların qəmli qəbiristanlığıdır.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 41 dəfə oxunub

Oxşar xəbərlər

44 - Anar Şamilin yeni hekayəsi

44 - Anar Şamilin yeni hekayəsi

12:08 10 noyabr 2026
Banan balığının asan ovlanan günü - Müharibə haqqında təsirli hekayə

Banan balığının asan ovlanan günü - Müharibə haqqında təsirli hekayə

11:16 8 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
"Qat-qat sənət həyatı çılpaqlaşdırır..." - Robert Musil

"Qat-qat sənət həyatı çılpaqlaşdırır..." - Robert Musil

15:31 6 noyabr 2026
"Biz özümüzə danışdığımız hekayələrə çevrilirik..." - Pulitserli yazıçıdan sitatlar

"Biz özümüzə danışdığımız hekayələrə çevrilirik..." - Pulitserli yazıçıdan sitatlar

13:56 6 noyabr 2026
İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

14:54 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər