Tupakın qətlində təqsirləndirilən qanqsterə ömürlük həbs cəzası verildi

Tupakın  qətlində təqsirləndirilən qanqsterə ömürlük həbs cəzası verildi
14 oktyabr 2026
# 11:40

ABŞ-də məşhur reper Tupak Şakurun qətlini təşkil etməkdə təqsirli bilinən 63 yaşlı keçmiş qanqster Dueyn Devis ömürlük həbs cəzasına məhkum edilib.

Kulis.az xəbər verir ki, hökm oktyabrın 13-də Las-Veqasda hakim Karli Kirni tərəfindən elan olunub.

Devis ən azı 40 il həbsdə qaldıqdan sonra şərti azadlığa buraxılması üçün müraciət edə bilər, lakin bu, onun azadlığa çıxacağına zəmanət verməyəcək.

Bununla belə, Devisin indiyədək həbsdə keçirdiyi 731 gün cəza müddətinə daxil ediləcək.

Xatırladaq ki, Tupak Şakur 1996-cı ildə Las-Veqasda avtomobildə olarkən güllələnib və altı gün sonra, 25 yaşında vəfat edib.

Qeyd edək ki, istintaqın versiyasına görə, Devis hücumu qardaşı oğlu Orlando Andersonla reperin ətrafındakı şəxslər arasında baş vermiş davaya görə qisas məqsədilə təşkil edib.

# 74 dəfə oxunub

Oxşar xəbərlər

Suyun altında qədim amforalar tapıldı

Suyun altında qədim amforalar tapıldı

12:10 14 oktyabr 2026
Peyğəmbər “Elm Çində də olsa, ardınca gedin” deyirdi... - Dövlətimizə qarşı radikal xor oxuyanların dərdi nədir?

Peyğəmbər “Elm Çində də olsa, ardınca gedin” deyirdi... - Dövlətimizə qarşı radikal xor oxuyanların dərdi nədir?

11:23 14 oktyabr 2026
"Halk TV"yə qarşı əməliyyat:  11 nəfər saxlanıldı

"Halk TV"yə qarşı əməliyyat: 11 nəfər saxlanıldı

11:00 14 oktyabr 2026
Pol Makkartnidən yeni "The Beatles" filminə irad:  "Məni yenə qısaboylu göstəriblər"

Pol Makkartnidən yeni "The Beatles" filminə irad: "Məni yenə qısaboylu göstəriblər"

10:40 14 oktyabr 2026
Doha Zərgərlik və Saat Sərgisi keçirildi

Doha Zərgərlik və Saat Sərgisi keçirildi

10:30 14 oktyabr 2026
Səmada çəkilən "Fəryad":  Amerikalı pilot Edvard Munkun məşhur tablosunu canlandırdı

Səmada çəkilən "Fəryad": Amerikalı pilot Edvard Munkun məşhur tablosunu canlandırdı

10:10 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər