Bu ölkədə qadın olmaq allah olmaqdan çətindi

Bu ölkədə qadın olmaq allah olmaqdan çətindi
3 dekabr 2012
# 17:53

Coşqun Cəfər

İyirmi birinci əsrin qadınına elegiya

Dünən səni öyə-öyə gül deyən,

Bu gün səni söyə-söyə qul deyər.

***

Yaşadığın ömrə bax;

Hər gün aldadılarsan,

Hər gün unudularsan,

Sənə xəyanət etmək dəb olar bu ölkədə.

Hər gün alçaldılarsan

Kimisə ucaltmaq üçün.

Fəryadına yetmək üçün

Nə bir bəndə, nə bir allah tapılar bu ölkədə.

...Çölün buz, için ocaq...

***

Sənin yaşatdıqların,

Dönüb sənə öl deyər.

Üzündəki qırışlar,

Halına ağlar,

Dil deyər.

Qalaq-qalaq dərdin var,

Kim sənə yoxsul deyər?!

***

Sənin yaşamağın elə intihardı,

Qayğılar axşam-səhər

Keçər boynuna ip kimi.

Cibi dolu, ürəyi boş olanlar,

Adı kişi, özü oğraş olanlar,

Sürünərlər arxan ilə it kimi...

Tənələr dəyər üzünə,

Hər tində şillə kimi.

Həmin tənə edənlərin

Biri də gəlməz yanına

Dərdlərini bölmək üçün.

Quru bədəninə milyon sayanlar,

Özlərini adam yerinə qoyanlar,

Bir damcı sevgi xərcləməz ürəyini almaq üçün.

***

Bu dünyanın azad vaxtı,

Bu nə tale, bu nə bəxtdi.

Bu ölkənin kişiləri,

Hansı vicdanla xoşbəxtdi?!

***

Qadın, səni ayaqlar altda atan,

Bu cənnət deyə sevdiyin vətəndi.

Çıx get burdan,

Nə anandı, nə atan,

Bu ölkənin qadınları vətənindən yetimdi.

Çıx get burdan,

Bura sənin vətən yox, qürbətindi,

Çıx get burdan,

Bu ölkədə qadın kimi doğulmaq

Sənin səadətin yox, sənin fəlakətindi.

Çıx get burdan,

Bu ölkədə qadın olmaq

allah olmaqdan çətindi.

...Yıx get buranı...

# 5113 dəfə oxunub

Oxşar xəbərlər

Dəliliyin və seksuallığın tarixindən kitablar  yazan homoseksual filosof - Mişel Fuko kim idi?

Dəliliyin və seksuallığın tarixindən kitablar yazan homoseksual filosof - Mişel Fuko kim idi?

14:30 15 oktyabr 2025
"Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi?

"Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi?

17:00 14 oktyabr 2025
"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

11:12 13 oktyabr 2025
Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə

Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə

12:00 12 oktyabr 2025
Sonradan quraşdırdığımız yanlış xatirələr... -  Yuxuların motivi necə yaranır?

Sonradan quraşdırdığımız yanlış xatirələr... - Yuxuların motivi necə yaranır?

15:00 11 oktyabr 2025
Qarderob - Olqa Tokarçukun hekayəsi

Qarderob - Olqa Tokarçukun hekayəsi

10:00 11 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər