"Bacara biləcəyin şeyləri etməmək cinayətdir..." - "Kubanın müstəqillik həvarisi"ndən aforizmlər

"Bacara biləcəyin şeyləri etməmək cinayətdir..."  - "Kubanın müstəqillik həvarisi"ndən aforizmlər
19 may 2026
# 15:00

Bu gün Kuba şairi, yazıçısı, publisisti, siyasətçisi, azadlıq hərəkatının lideri, "Kubanın müstəqillik həvarisi" hesab edilən Xose Martinin anım günüdür.

Kulis.az ədibin aforizmlərini təqdim edir.

Cazibə gözlənilməz bir məhsuldur.

İnsanı ucaltmaq insanın vəzifəsidir.

Bacara biləcəyin şeyləri etməmək cinayətdir.

Həqiqət bir dəfə oyandımı, bir daha əsla uyumaz.

Hər insanın içində ideal bir insan vardır.

Köləlikdən sonra nifrət qaçılmazdır.

İnkişafın ən büyük düşməni vərdişdir.

Azadlıq düşmənləri yüksək səslə mühakimə yürüdürlər.

Bir şeir bütöv bir əsrlik mövsüm üçün kifayətdir.

Bir kişinin ilk vəzifəsi öz ağlı ilə düşünməkdir.

Başqaları məşuqələri ilə yatar, mən isə fikirlərimlə.

Həyatı gözəlləşdirmək - ona bir məna verməkdir.

Yalnız tiranlıq azadlığın tam ifadə olunmasından qorxar.

Dünyanın bütün cah-cəlalı tək bir qarğıdalı dənəsinə sığar.

Varlığını tək bir məhsula bağlamaq bir millətin intiharıdır.

İndi közərmə vaxtıdır və tezliklə nurdan başqa bir şey görünməyəcək.

Gündüz və gecə hər zaman açıq gözlərlə xəyal qururam.

Yaxşı idarə etmək üçün hadisələri olduğu kimi görmək lazımdır.

Bizə aid olmayanı şəxsi mənafeyimiz üçün istifadə etmək oğurluqdur.

İnsanın ən yaxşı tərəfinə inanmalı, ən pis tərəfinə isə güvənməməlisiniz.

Azərbaycanca: Hansı daha yaxşıdır? Öyrənmədən ölmək, yoxsa öyrənib ölmək?

Kitablar bizə yol göstərir, sakitləşdirir, hazırlayır, zənginləşdirir və xilas edir.

Eyni sadəliklə ölmək istərəm -çöldəki bir çiçək kimi, sakit və bəzəksiz...

İnsan əsla günəşdən daha mükəmməl ola bilməz. Günəş bizi qızdıran istiliklə həm də işıq saçır.

Başqasının yanağına vurulan şilləni öz yanağında hiss etməyən bizdən deyildir.

İnsanlıq iki növ insandan ibarətdir: sevənlər -yaradanlar və nifrət edib yox edənlər.

İnsanın özünü tapması və özünü daxildən üzə çıxarması üçün öz qabığından çıxması lazımdır.

Azadlıq - hər bir insanın dürüst olmaq, sərbəst düşünmək və ikiüzlülük etmədən danışmaq hüququdur.

Yalnız başqalarının rifahına duyduqları nifrət ucbatından xəyanət, atəş və ölüm yayanlar rəhmə layiq deyillər.

İnsanlar ulduzlar kimidir; bəziləri öz işıqlarını saçır, bəziləri isə yalnız aldıqları parıltını əks etdirir.

Mübarizə adamları, xüsusən də addımları sevgi ilə yönləndirilənlər əbədi yaşayırlar.

Azadlığın əvəzi ürəkdir. Ya onsuz yaşamağı seçməliyik, ya da əvəzini ödəyərək onu qazanmalıyıq.

Dünyanın yoxsul insanları ilə nəyim varsa, bölüşmək istərəm. Dağların cılız çayları dənizlərdən daha çox xoşbəxt edər məni.

Bütün maneə və sədlərə baxmayaraq, ədalətli ideyalar öz məqsədinə çatır. Onları sürətləndirmək və ya ləngitmək olar, lakin dayandırmaq qeyri-mümkündür.

Xoşbəxt xalq o xalqdır ki, övladlarını həm ağlın yolu ilə böyütməyi bacarır, həm də duyğularının tam inkişaf etməsinə şərait yaradır!

Vətən sevgisi - torpaq ana üçün və ya tapdaladığımız otlar üçün duyulan gülünç bir sevgi deyil; vətəni əzənlərə qarşı duyulan yenilməz nifrət, ona hücum edənlərə qarşı bəslənilən əbədi qəzəbdir.

# 61 dəfə oxunub

Oxşar xəbərlər

Bir dəfə Rustavidə - Vüqar Vanın yeni hekayəsi

Bir dəfə Rustavidə - Vüqar Vanın yeni hekayəsi

12:00 19 may 2026
"Bu dünyada xoşbəxtlik təsadüfən gəlir..." - Nataniel Hotorndan sitatlar

"Bu dünyada xoşbəxtlik təsadüfən gəlir..." - Nataniel Hotorndan sitatlar

11:00 19 may 2026
Kiçik qardaşıma - Hvanq Sokyonqun hekayəsi

Kiçik qardaşıma - Hvanq Sokyonqun hekayəsi

10:31 19 may 2026
"Şekspir və Milton olmasaydı..."  - Əhməd bəy Ağaoğlunun "Sərbəst insanlar ölkəsində"

"Şekspir və Milton olmasaydı..." - Əhməd bəy Ağaoğlunun "Sərbəst insanlar ölkəsində"

10:00 19 may 2026
Həyata keçməyən arzularımız da xoşbəxtliyimizin ayrılmaz hissəsidir... - Bertran Rasseldən aforizmlər

Həyata keçməyən arzularımız da xoşbəxtliyimizin ayrılmaz hissəsidir... - Bertran Rasseldən aforizmlər

15:00 18 may 2026
Bir xanımın son sözləri - Ceyhun Ərmən Vedili

Bir xanımın son sözləri - Ceyhun Ərmən Vedili

12:30 18 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər