Keyt Blanşet: "Sıravi qadınların səsi niyə susdurulur?"

Keyt Blanşet: "Sıravi qadınların səsi niyə susdurulur?"
18 may 2026
# 15:44

Dünyaşöhrətli aktrisa Keyt Blanşet Kann Film Festivalındakı çıxışı zamanı Hollivudda gender bərabərliyi və "Metoo" hərəkatı barədə sərt açıqlamalar verib.

Kulis.az xəbər verir ki, Oskar mükafatlı ulduz hərəkatın Hollivudda çox sürətlə susdurulduğunu bildirərək bu vəziyyətdən təəssüfləndiyini qeyd edib.

"Sıravi qadınların səsi niyə susdurulur?"

Bazar günü keçirilən paneldə gender bərabərliyi mövzusunda çıxış edən aktrisa hərəkatın sonrakı taleyinə toxunub:

"Bu hərəkat çox tez məhv edildi və məncə, bu, çox maraqlıdır. Platforması olan və nisbətən təhlükəsiz şəraitdə bu mənim başıma gəlib deyə bilən çoxlu insanlar var. Küçədəki sıravi qadınlar, sıravi insanlar da "mən də" deyirlər. Bəs niyə bu səs susdurulur?"

"Hər səhər meydançada 10 qadın və 75 kişi görürəm"

Qeyd edək ki, 2018-ci ildə Kann festivalının münsiflər heyətinin sədri olarkən Blanşet qırmızı xalıda tarixi bir etiraz aksiyasında iştirak etmişdi. O və daha 81 qadın Kannın əsas müsabiqəsinə seçilmiş qadın rejissorların ümumi sayını təmsil edərək festival sarayının pilləkənlərinə çıxmışdı. Müqayisə üçün həmin dövr ərzində seçilən kişi rejissorların sayı 1866 idi.

Aktrisa çəkiliş meydançalarındakı mövcud mənzərədən şikayətlənib:

"Mən hələ də çəkiliş meydançalarındayam və hər gün sayıram. Hər səhər orada 10 qadın və 75 kişi olur. Mən kişiləri sevirəm, amma belə olanda zarafatlar da eyniləşir. Sadəcə özünü bir az toplamalı olursan, mən buna öyrəşmişəm. Amma eynicinsli bir iş mühitinə daxil olmaq hamı üçün darıxdırıcıdır. Düşünürəm ki, bu, işin keyfiyyətinə də təsir edir".

2018-ci ildə Blanşet münsiflər heyətinin sədri olduğu vaxt festivalın 21 filmlik rəsmi seçim siyahısında cəmi üç qadın rejissorun filmi var idi. Həmin vaxt Blanşet festivalı müdafiə edərək dəyişikliyin bir gecədə baş verməyəcəyini vurgulamışdı.

Culianna Murdan fərqli yanaşma: "İrəliləyiş var"

Həftəsonu festival çərçivəsində keçirilən "Kerinq Qadınlar Hərəkətdə" panelində çıxış edən digər məşhur aktrisa Culianna Mur isə çəkiliş meydançalarında gender bərabərsizliyinden danışsa da, son on ildə vəziyyətin yaxşılığa doğru dəyişdiyinə inandığını deyib.

O, 2016-cı ildəki bir çəkilişini xatırlayıb:

"Hillari Klinton seçkiləri uduzanda otaqda sadəcə mən və kamera köməkçisi var idi. İkimiz də çox məyus idik. Mən ona dedim ki, ətrafa bax. Burada bizdən başqa qadın yoxdur. Lakin hazırda çəkiliş qruplarında gender təmsilçiliyinin əhəmiyyətli dərəcədə artdığını görürəm".

Keyt Blanşetin yeni layihəsi: "18+" film gəlir

Bazar günü paneldə çıxışı zamanı Keyt Blanşet yeni layihəsi barədə də ilk sirri açıb. O, "Brutalist" filmi ilə diqqət çəkən rejissor Bredi Korbetin 1970-ci illərdən bəhs edən yeni, "18+" kateqoriyalı filmində rol alacaq. Ekran işində ona ulduz müğənni Selena Qomez və məşhur aktyor Maykl Fassbender tərəf müqabili olacaq.

# 455 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər