Bu gün amerika yazıçı və tərcüməçi Nataniel Hotornun anım günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Xoşbəxtlik bir kəpənəkdir; onun ardınca qaçdıqda həmişə əlinizin çatmayacağı bir məsafədə olar, lakin sakitcə əyləşsəniz, gəlib üzərinizə qona bilər.
***
Günəş şüası rəssamlıqdır...
****
Dəqiqlik dürüstlüyün əkiz qardaşıdır; qeyri-dəqiqlik isə saxtakarlığın (yalanın).
***
Heç bir insan uzun müddət özünə qarşı bir simada, kütləyə qarşı isə başqa bir simada ola bilməz; əks halda, sonda hansı simanın həqiqi olduğu mövzusunda tamamilə çaşqınlığa düşər.
***
Ay işığı heykəltəraşlıqdır...
***
Sevgi - istər yeni doğulmuş olsun, istərsə də ölümcül bir yuxudan oyanmış olsun, hər zaman günəş işığı saçmalıdır; o, qəlbi elə bir parlaqlıqla doldurur ki, bu nur xarici dünyaya belə daşır.
***
Bu dünyada xoşbəxtlik, əgər gəlirsə, təsadüfən gəlir. Onu bir təqib hədəfinə çevirsəniz, sizi mənasız bir qaçdı-tutduya salacaq və heç vaxt əldə olunmayacaq. Başqa bir hədəfin ardınca gedin və çox güman ki, heç xəyalınıza belə gəlmədən xoşbəxtliyi tapdığınızı görəcəksiniz.
***
Bədbinlik sevgini alovlandırmağa meyilli olan xüsusiyyətlərdən biridir.
***
Bizim tamamilə müstəqil və bütöv bir xəstəlik kimi baxdığımız cismani bir mərəz, əslində, ruhun dərinliklərindəki hansısa ağrının əlaməti ola bilər.
***
Allah bilir və O, mərhəmətlidir! O, Öz mərhəmətini ən çox mənim əzablarımda sübut etdi. Sinəmdə daşımaq üçün mənə bu yandırıcı işgəncəni verməklə! Bu işgəncəni hər zaman qor kimi qızmar saxlamaq üçün o qaraqabaq və qorxunc qocanı göndərməklə! Xalqın qarşısında bu zəfər dolu rüsvayçılıq ölümü ilə ölmək üçün məni bura gətirməklə! Bu əzabların hər hansı biri çatışmasaydı, mən əbədi olaraq məhv olardım! Onun adına həmd olsun! Onun hökmü rəva gəlsin!
***
Ulu məhşər günündə, — deyə keşiş pıçıldadı; təəccüblüdür ki, özünün həqiqətin peşəkar bir təbliğatçısı olması hissi onu uşağa məhz belə cavab verməyə vadar etdi. - Bax, onda və orada, məhkəmə kürsüsünün önündə anan, sən və mən birlikdə dayanmalıyıq. Lakin bu dünyanın gün işığı bizim bu görüşümüzü görməyəcək!
***
İnsan qəlbinizin günaha olan meyilliyi (rəğbəti) sayəsində cinayətin törədildiyi hər bir yerin - istər kilsə, yataq otağı, küçə, tarla, istərsə də meşə olsun — qoxusunu alacaq və bütün yer üzünü vahid bir günah ləkəsi, nəhəng bir qan ləkəsi kimi görməkdən vəcdə gələcəksiniz...