"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"

"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"
15 noyabr 2026
# 13:45

Bu gün tanınmış ameriaklı rəssam Corciya O'Kiffin doğum günüdür.

Kulis.az "Palitra" rubrikasında boyakarın "Qarğalı kanyon" əsəri haqqında materialı təqdim edir.

Amerika incəsənətinin tanınmış nümayəndələrindən olan Corciya O'Kiff 1887-ci il noyabrın 15-də ABŞ-nin Viskonsin ştatında anadan olub.

O, Çikaqo İncəsənət İnstitutunda və Nyu-York İncəsənət Tələbələri Liqasında təhsil alaraq sənət dünyasına qədəm qoyub.

Rəssam "Amerika modernizminin anası" kimi tanınır və əsərlərində böyük ölçülü güllər, səhra mənzərələri və Nyu-York göydələnləri ilə məşhurlaşıb.

O, məşhur fotoqraf və qalereya sahibi Alfred Stiqlitslə evlənmiş, lakin ömrünün son onilliklərini Nyu-Meksiko ştatının səhralarında təkbaşına yaşayaraq yaratmağa üstünlük vermişdi.

Corciya O'Kiff 1986-cı ildə, 98 yaşında Santa-Fe şəhərində vəfat edib.

"Qarğalı kanyon"

Sənətkar təbiəti olduğu kimi deyil, öz daxili duyğuları ilə görməyi və əks etdirməyi sevirdi. 1917-ci ilə aid edilən "Qarğalı kanyon" əsəri onun bu unikal üslubunu əks etdirən dəyərli sənət nümunəsidir. Bu akvarel işi tamaşaçını rənglərin və formaların heyrətamiz dünyasına aparır.

1910-cu illərin ortalarında Corciya O'Kiff Texas ştatında yaşayıb yaradırdı. O dövrdə ətrafdakı səhra mənzərələri, geniş çöllər və kanyonlar onun diqqətini çox çəkirdi. Xüsusilə Palo-Duro kanyonunun təbiəti rəssam üçün güclü ilham mənbəyi oldu. O, təbiətlə tək qalmağı və hər şeyi öz içində yaşamağı xoşlayırdı. O'Kiff heç kəsin təsiri olmadan, tam sərbəst şəkildə bu akvarel əsərini yaratmışdır. Kanyonun əzəmətli görünüşü və tənha ab-havası rəssamın daxili dünyası ilə birləşərək bu tablonun yaranmasına səbəb olmuşdur.

Tabloya baxdıqda ilk növbədə rənglərin canlılığı diqqəti cəlb edir. O'Kiff adi landşaft rənglərindən istifadə etmək əvəzinə, qırmızı, narıncı, sarı, yaşıl və bənövşəyi tonların təzadından yararlanmışdır. Kanyonun qayalıq yamacları dalğavari xətlərlə çəkilmişdir. Bu dalğalar mənzərəyə xüsusi dinamika qatır.

Kompozisiyanın yuxarı hissəsində, səma fonunda süzən iki qara qarğa görünür. Bu qarğalar sakit və əzəmətli mənzərəyə canlılıq və sirli hava əlavə edir. Qırmızı və bənövşəyi tonların qarışdığı səma hissəsi gün batımını və ya səhər şəfəqini xatırladır. Rəssam reallığı eynilə köçürməyə çalışmamış, əksinə, təbiətin ona verdiyi duyğuları ön plana çəkmişdir.

Bu tablo Corciya O'Kifin təbiətlə qurduğu sıx bağın təzahürüdür. Sadə cizgilər, axıcı akvarel texnikası və güclü rəng seçimi bu tablonu unudulmaz edir. Bu əsər rəssamın təbiəti incəliklə hiss etməsini və onu özünəməxsus dillə təqdim etməsini aydın şəkildə göstərir.

# 27 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər