“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad
13 noyabr 2026
# 16:43

Mədəniyyət Nazirliyinə büdcədən vəsait ayrılır, sonra bu vəsait nazirlik tərəfindən ayrı-ayrı sahələr üzrə bölüşdürülür. Lakin biz Rəssamlar İttifaqı olaraq ayrılan vəsaiti əvvəlcədən bilmirik deyə problem yaşayırıq.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.

Xalq rəssamı bu məsələni dəfələrlə qaldırdığını qeyd edib: “Mən soruşuram: təsviri sənətə nə qədər vəsait ayıra bilərsiniz? Mən bunu əvvəlcədən bilməliyəm. Çünki bu vəsaitə uyğun planlaşdırma aparıram, hansı sərgiləri təşkil etmək olar, hansılarında iştirak etmək olar və sair. Bir sözlə, vəsait ayrılanda həmin büdcənin tərkibində təsviri sənət üçün nəzərdə tutulan məbləğ konkretləşdirilməlidir. Əks halda, hər şey havada qalır”.

Fərhad Xəlilov Azərbaycanda təşkil olunan sərgilərin nizamsızlığına da toxunub:

“Bizə qətiyyən formal sərgilər lazım deyil. Bizə lazımdır ki, sərgilər layiqli məkanlarda, lazımi səviyyədə təşkil olunsun və orada ən istedadlı sənətkarlar iştirak etsinlər. Həmin sənətkarları da təsviri sənətin nə olduğunu bilən, bu sahəni dərindən tanıyan mütəxəssislər seçməlidir”.

# 54 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

16:26 13 noyabr 2026
Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

15:54 13 noyabr 2026
Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

15:35 13 noyabr 2026
30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

14:54 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər