Məşhur avstraliyalı aktrisa və prodüser Nikol Kidman Fransanın "Oskar"ı hesab olunan Fəxri "Sezar" mükafatı ilə təltif ediləcək.
Kulis.az xəbər verir ki, Fransa Kino Sənətləri və Texnikaları Akademiyasının və "Canal+" yayımçısının birgə bəyanatına görə, mükafat aktrisaya karyerası boyu şöhrətin rol seçimlərinə təsir etməsinə imkan verməyən cəsarətli yaradıcılığına görə təqdim olunur.
Mükafat 25 fevral 2027-ci ildə Parisdəki tarixi "Olympia" zalında keçiriləcək 52-ci "Sezar" mükafatlandırma mərasimində təqdim ediləcək.
"Saatlar" ("The Hours") filmindəki Virciniya Vulf obrazına görə "Oskar", "Babygirl" filminə görə isə 2024-cü ildə Venesiya Film Festivalında "Volpi Kuboku" qazanan Kidman, həmçinin "Big Little Lies" serialındakı işi ilə "Emmi" mükafatına layiq görülüb.
Qeyd edək ki, aktrisa 1994-cü ildən UNICEF-in, 2006-cı ildən isə BMT-nin Qadınlar təşkilatının xoşməramlı səfiridir.