İspaniyalı müğənni Rozaliya “Latin Grammy” tarixində daha bir mühüm uğura imza atıb.
Kulis.az xəbər verir ki, o, 27-ci “Latin Grammy” mükafatlandırma mərasimində “Lux” albomu ilə “İlin albomu” nominasiyasının qalibi olub.
Bu, müğənninin həmin mükafatı üçüncü dəfə qazanmasıdır.
Las-Veqasda keçirilən mərasimdə Rozaliya səhnəyə çıxaraq albomun onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Müğənni əvvəlki işlərini xatırladaraq “Lux”un da yaradıcılığında yeni bir mərhələ olduğunu vurğulayıb. Albom klassik musiqi təhsilinin təsiri, orkestr aranjimanları və qadın müqəddəslərin həyatından qaynaqlanan mövzularla diqqət çəkib.
Rozaliya gecənin əsas qaliblərindən biri olmaqla kifayətlənməyib. Onun “La Perla” mahnısı da “İlin mahnısı” mükafatına layiq görülüb. Müğənni mərasimin açılışında albomdan bir neçə mahnını canlı ifa edib. Beləliklə, “Lux” onun karyerasının ən böyük uğurlarından birinə çevrilib.