Kulis.az "Bazar oxusu" rubrikasında kanadalı şair, ədəbiyyat üzrə Nobel mükafatçısı Enn Karsonun şeirlərini Cavanşir Yusiflinin tərcüməsində təqdim edir.
Kiçik bir xəritənin küncündə
Şəhərin adı silinmişdi xəritədən,
Amma yollar bir-birini tanıyırdı hələ.
Bir qapı qapandığında
Uzaq bir dənizi düşündü.
Mən sənə çatmaq,
Sənin olmaq üçün deyil,
Məsafəni anlamaq üçün yürüdüm.
Ayaqqabılarıma qonmuş toz
Keçmişin kiçik və səbirli sübutuydu.
***
Tufan fırtınası
Bir quş qəfil şimşək kimi ötüb keçdi,
sanki yanılmışdı,
Sonra yenidən qanad çaldı.
Biz bəzən həyatın sürəti haqqında düşünmürük.
Niyə İezavelaya nifrət edirik, bunu da düşünmürük.
Düşünürük ki, evin damına ağacları
dayanmadan, şiddətlə çırpan
kimdir belə? İezavela finikiyalı idi.
Finikiya tufanları quru və
qorxuludur, biri digərinin içindən
burulmuş ellipslər şəklində keçir.
***
Bahar şəhəri
"Bahar həmişə əvvəlki kimi olur",
- deyə ixtiyar bir çinli kişi söylədi.
Yağış pəncərələrə fışıltı ilə çırpılırdı.
Uzaq-uzaq yerlərdən axıb gələn həsrətlər
Bizə çatıb nəfəs dərdi...
Pəncərə şüşələrindən süzülüb getdi...