Tanınmış jurnalist, şair, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib.
Kulis.az xəbər verir ki, onun anası Yavər xanım 86 yaşında vəfat edib.
Mərhum bu gün Ağcabədi rayonunda dəfn ediləcək.
Qeyd edək ki, Yavər xanımın yas mərasimi (3-7) Bakıda keçiriləcək.