Osmanlı hərəminin gizlinləri
27 sentyabr 2011
05:00
Osmanlı tarixinin və xüsusilə xanədanın ən çox mübahisə edilən mövzularından biri padşahların ailə həyatıdır. Bir qisim yazıçı və tarixçilər padşahların hərəm həyatını pozğunluq və qeyri-qanuni əyləncə kimi təqdim etməyə çalışırsa, başqa bir qisim bu düşüncənin avropalı müşahidəçilərin, səyyahların, mütəfəkkirlərin uydurması, böhtan hesab edir.
Halbuki məsələyə ciddi yanaşıldıqda görürük ki, həm türkiyəli, həm də əcnəbi tarixçilir mövzuyla bağlı çox az məlumatın olduğunu etiraf ediblər. Yəni “hərəm” sözünün mahiyyətinə uyğun olaraq orada baş verən hadisələri tarixçilərin görməsi, eşitməsi və deməli, qələmə alması mümkün deyildi. Üstəlik, hərəmdəki xanımlar üçün də hərəmdaxili məsələlər onların gizləməli olduğu ən böyük sirr idi. Buna görə də o zaman padşah xanımlarının cinsi həyatı barədə eşitdiklərimizin və oxuduqlarımızın uydurma olduğuna inanmaqdan başqa çarəmiz qalmır...
Səltənətin atadan oğula keçdiyi istənilən xanədanın hökmdarı kimi Osmanlı padşahları üçün də əhəmiyyətli siyasi məna yükü daşıyan ailə həyatı, təbii ki, əsla bir cinsi zövq olaraq düşünülə bilməz. Çünki evliliyin nəticələri olan övladlar taxta kimin keçəcəyinə birbaşa təsir edirdilər və bu, cinsi zövqdən qat-qat əhəmiyyətli məsələ idi. Bu yerdə həm də padşah anasının da xüsusi statusa – Validə Sultanlığa yüksəlməsini mütləq şəkildə nəzərə almaq lazımdır. Yəni çoxarvadlı Osmalı padşahlarının sarayında kifayət qədər ciddi rəqabət və arvadlararası intriqa vardı...
Evlilik, yoxsa siyasət?!
Quruluş dövründən II Bəyazidə qədər Osmanlı padşahları və şahzadələri həm müsəlmanların çoxluq təşkil etdiyi, həm də digər bölgələrdən – Bizansdan, serblərdən və bolqar krallığından olan qızlarla evləndilər. Bu evliliklərin pərdəarxasında həm də siyasi məqsədlər, diplomatik faydalar və ya qızın atası öldüyündə onun torpaqlarına yiyələnmək məqsədi dayanırdı. Bunun ən bariz örnəyi kimi Osmanlının banisi Ərtoğrul bəyin oğlu Osman Qazinin Şeyx Ədəbalinin qızı Bala xatunla evliyini göstərə bilərik. Ahi bəyi olan və vergili olması ilə ahilərin ağsaqqalı hesab edilən Şeyx Ədəbalinin qızı ilə evlənən Qazi Osman paşa atası Ərtoğrul bəyin vəfatından sonra ahilərin dəstəyi ilə əmisi Dündarı qabaqlayaraq tayfanın başına keçə bilib.
Osman Qazi ikinci evliliyinin isə yenə nüfuzlu bir şəxsiyyət olduğu təxmin edilən Bala Ömər bəyin qızı Mala xatun ilə olduğu bildirilir.
Zəruri qeyd: Osman Qazinin birinci evliyinin Bala xatunla yox, Malhun xatunla (“Mal Xatun”, “Mala Xatun” da deyilir) olduğunu da iddia edən kifayət qədər tarixi mənbə var. Hətta ikinci Osmanlı imperatoru Orxanın anasının da bu xanımlardan hansı olduğu dəqiq bilinmir. Son illərdə tarixçilər Osmanın 19 yaşında olarkən Bala xatunla (Rəbiyə xatun) evləndiyini, lakin ikinci Osmanlı padşahı Orxanın Malhun xatundan olduğunu sübut edəcək bir neçə sənəd tapdıqlarını iddia edirlər.
Və bəzən də evliliklər təsadüflərdən doğurdu. Məsələn, Biləcik təkfuru (Anadolunun xristian bəylərinə verilən ad) oğulu ilə Yarhisar təkfurun qızının toyuna Osman Qazi də dəvət edilmişdi. Təkfurlar türk bəyini toya qatıldığı zaman ortadan qaldırmağı planlamışdılar. Ancaq bundan dostu Harmankayanın hakimi Kosa Mihalın xəbər tutması ilə sui-qəsd pozulur. Osman Qazi mükəmməl bir plan tərtib edərək təkfurları pusquya salır. Biləcik və Yarhisarı ələ keçrir. Bu zaman həm də gəlinlik libasını geyinmiş Holofira da osmanlıların əlinə keçir.
Fürsəti əldən verməyən Osman Qazi Holofiranı oğulu Orxanla evləndirərək onun atasının torpaqlarına da hakim olduğunu göstərir. Daha sonra müsəlmanlığı qəbul edib Nilufər adını alan Holofira xeyirxahlığı və əliaçıqlığı ilə bursalıların könülündə taxt qurur. Nilufər xatun Bursada Kaplıca qapıları yaxınlığında bir təkkə, Darülharp məhəlləsində bir məscid və Bursadan keçən çay üzərinə gözəl bir körpü tikdirir. Sonralar həmin çay onun şərəfinə Nilufər çayı adlandırılır.
Daha sonralar Orxan Qazi Bizans imperatoru III Andronikusun qızı Asporça xatun və sonra da VI Con Kantakuzenin qızı Teodora (Maria) ilə evlənib. Bütün bunlara səbəb Rumeliyə ayaq açmağı təmin etmək və səltənətin şəriksiz namizədi olduğunu isbatlamaq idi. Evliliyin nəticəsində Orxan Qazi Kantakuzenin İstanbula girməsinə kömək edir və qarşılığında Gelibolu yarımadasındakı Çimbi qalasını Osmanlı üçün əldə edir. Beləliklə Osmalı İmperiyası Rumeliyə ilk addımı atmış olur.
I Muradın türk soyundan olan Bolqar kralı Şişmanın bacısı Tamara (Maria) ilə evlənməsi isə bu krallığın əldə saxlanılması üçün vasitə idi. Çünki Sultan I Murad 1368-cü ildən sonra ard-arda Bolqarıstandan Aydos, Karinabad, Süzeboli, Pınarhisar və Vizanı zəbt etmişdi. Kral Şişman müqavimət göstərə bilmədikdə, sülhə razı olaraq həm vergi verməyi qəbul edir, həm də bacısını da Osmanlı hökmdarına verərək dostluğunu gücləndirmək istəyir.
Onun dövründən etibarən Osmanlı padşahları müsəlman olmayan (kafir) kralların qızları ilə bahəm, həm də Anadolu bəylərinin qızlarını da şahzadələrə alırdılar. Əslində, Anadolu bəyləri ilə bu münasibət qarşılıqlı olaraq həyata keçirilirdi. Yəni Osmanlı sultanları onlardan təkcə qız almır, həm də öz qızlarını onlara verirdilər. Bu siyasətlərinin nəticəsi gec də olsa bəhrəsini verir, evliliklər nəticəsində Anadolu tayfaları və bəyləri arasında möhkəm, köklü və daimi qohumluq bağları yaranır.
I Muradın oğlu İldırım Bəyazidi Germiyanoğlu Süleyman Şahın qızı Dövlət xatun ilə evləndirib. Dövlət xatunun anası Mövlana Cəlaləddin Ruminin oğlu Vələd Çələbinin qızı Mutahharə xatundur. Süleyman Şah qızının cehizi olaraq bəyliyinin ən gözəl yerləri olan Kütahya, Dovşanlı, Emed və Simav şəhərlərini Osmanlılara verib.
İldırım Bəyazid Kosova meydan müharibəsindən sonra ona qarşı qiyam qaldıran Anadolu bəyliklərinə hücum edərkən, Aydınoğlu İsa bəy müqavimət göstərə bilməyərək Osmanlıya tabe olmağa razı olub. Bu sülhə Bəyazidin razı olması üçünsə həm xeyli ərazi, həm də Hafsa xatun adlı qızını sultana verməli olur.
Kosova döyüşündə (1389) serb kralı Lazar ölmüş və yerinə oğlu Lazaroviç keçmişdi. İldırım Bəyazid onunla sülh bağlayarkən dostluğu gücləndirmək üçün bacısı Despine (bəzi mənbələrdə Olivera) ilə də evlənib. Bu, Bəyazidin sonuncu – beşinci evliliyi idi.
Osmanlılar şərqdə özlərinə rəqib ola biləcək ən güclü dövlətlərdən olan Məmlukilərlə aralarında bufer dövlət mövqeyi sərgiləyən Qaramanlılar və Dulkadırlılar ilə də evlilik vasitəsilə qohumluq və dostluqlarını gücləndirməyə çalışırdılar. Çələbi Mehmetin Amasyalı bir paşanın nəvəsi Qumru xatunla (cariyə) evlilikdən sonra Dulkadırlı Süli bəyin qızı Əminə xatunla evlənməsi də bu siyasətə qulluq edirdi. Çələbi Mehmet ilə Əminə xatun 1403-cü ildə evlənmişlər və bu evlilikdən II Murad doğulub. Çələbi Mehmetin həyatında cəmi 2 qadın olduğu bildirilir.
II Murad da Anadolu bəylərindən Candaroğlu II İbrahim bəyin qızı Xədicə xatun, Amasyalı Şadgeldi paşanın nəvəsi Yeni xatun ilə ailə qurub. Sultanın siyasi evliliklərindən biri də serb kralı Gori Brankoviçin qızı Mara xatundur. Brankoviç türk hücumlarının qarşısını almaq üçün qızı Maranı 1435-ci ildə II Muradla evləndirib. Osmanlıların Balkan savaşında çətin vəziyyətə düşdüyü zaman Ədirnə-Segedin sülh müqaviləsinin imzalanmasında Mara xatun böyük rol oynayır, bununla da II Murad gücünü bərpa etmək üçün zaman əldə edir.
Zəruri qeyd: Bəzi tarixçilər II Mehmetin (Fatih) anasının Mara xatun olduğunu israrla qeyd edirlər. Lakin hesablamalar Fateh Mehmetin bu evlilikdən ən azı 4 il əvvəl dünyaya gəldiyini sübut edir. Bununla yanaşı, Mara xatunun adı Validə Sultanların siyahısında da var. Bəzi ciddi tarixçilərin iddialarına görə Mara xatunun Validə Sultan kimi təqdim olunması və Fatehin anası olduğunda israr edilməsinin arxasında avropalı tarixçilərin məkrli niyyətlər dayanır. Hər halda, ən azı etika baxımından Fateh Mehmetin Osmanlı imperatorunun belindən gəlmədiyini iddia etmək heç kimə yaraşmaz...
II Murad həmin ərəfədə II Kosova zəfərindən sonra Karamanoğulların xəyanət edəcəyini hiss edir və bunun qarşısını almaq üçün Dulkadıroğlu Süleyman bəyin qızı Sitti Mühərrəmə xatunu oğulu II Mehmetə istəyir. Bu toy 3 ay davam edir. II Muradın özünün 5, oğlu II Mehmetin isə 7 arvadı olub.
Görüldüyü kimi, Fateh Sultan Mehmetə qədər Osmanlı padşahları Bizans, bolqar, serb krallarının və Anadolu bəylərinin qızları ilə siyasi evliliklər qururdular. Bunla yanaşı, saraya gətirilən və orda yetişdirilən cariyələrlə də azsaylı evliliklərə rast gəlinirdi.
Bunlara misal olaraq I Muradın Gülçiçek (Rum əsilli), Çələbi Mehmetin Qumru Xatun (maraqlıdır ki, Qumru xatunun Anadolulu bir paşanın nəvəsi olduğu bildirilir), II Muradın Hüma xatun (Fatehin əsil anası, müsəlman olub) ilə bu yolla evləndiklərini göstərmək olar.
Ancaq Fatehdən etibarən cariyələrlə evlənmə sistematik xarakter alıb. Görünür buna səbəb yuxarıda qeyd etdiyimiz tarixi müəmmanın səbəbi - həqiqi anasının ənəndən kənar evləndiyi üçün Validə Sultan ola bilməməsi olub. Hüma xatunun yerinə o zirvəyə Fatehin analığı, onun doğumundan 4 il sonra atası ilə evlənən Mara xatun yüksəlmişdi...
Fatehin Dulkadırlı Süleyman bəyin qızı Sitti xatundan başqa qalan 6 xanımı cariyə olub. Tarixi mənbələrə görə, Gülbahar xatun əslən alban, Çiçək xatun Serb (venedik və ya rumın olduğu da iddia olunur), Helene isə rumludur. Gülşah xatunun isə milliyyəti bilinmir.
II Bəyazid isə Dulkadır oğlu Əlaüddevlənin qızı Aişə xatun və Karamanoğullarından Nasuh Bəyin qızı Hüsnüşah xatunundan başqa Bülbül xatun, Fərahşad xatun, Gülbahar xatun, Gülruh xatun və Şirin xatun adlı cariyələr ilə də evlənib.
Yavuz Sultan Səlimin gözəlliyi ilə məşhur xanımı Hafsa Sultanı bəzi tarixçilər türk olaraq göstərsələr də, onun da cariyə olduğu sənədlərlə sübuta yetirilib.
Beləliklə, Fatehlə birlikdə cariyələrlə evlənmə üsulu önəm qazanmış, II Bəyazidin dövrünun sonlarında isə ümumi bir qayda halını almışdır. Bu üsul nadir istisnalar xaicində xanədanın sonuna qədər də dəyişməz olaraq qalıb.
Nə üçün cariyələrə üstünlük verilib?
Padşahlar cariyəlik sisteminə uyaraq İslamın hökmlərinə uyğun nikaha girmirdilər. Çünki İslama görə cariyələr kölə (qadın) statusunda olduğundan sahibləri onlarla istədikləri kimi rəftar edə bilərdilər.
Bəzi tarixçilər nikah ilə evlənməyin ləğvini İldırım Bəyazidin Ankarada Teymura əsir düşməsindən sonra xanımı Despinanın da Teymurun əlinə keçməsini göstərirlər. Hətta bəzi qeyri-türk yazıçılar - türk və Osmanlı düşmənləri daha da irəli gedərək Teymurun İldırımın xanımına içki paylatdırdığını da yazıblar. Lakin belə bir fakta və yaxud da tarixi mənbəyə nə Teymurun, nə də Osmanlının sarayında rast gəlinməyib. Əksinə, Teymurilərin tarixçilərindən olan Şərafəddin Yəzdinin yazdıqlarına görə, Osmanlı sarayında İslamı qəbul etməyən Despina xatun Əmir Teymurun hüzurunda müsəlman olub.
Həm də Osmanlı İmperatorluğunda sultanların həmin səbəbdən cariyələrlə evlənməsini inkar edən başqa dəlillər də var. Məsələn, İldırımdan sonra Çələbi Mehmet Dulkadırlıoğlu Süli bəyin qızı Əminə xatunla, II Murad Candaroğlu İbrahim bəyin qızı Xədicə Həlimə xatunla, II Mehmet Dulkadıroğlu Süleyman bəyin qızı Sitti xatunla, II Bəyazid də Dulkadıroğlu Əlaüddevlənin qızı Aişə və Karamanoğlu Nasuh bəyin qızı Hüsnüşah xatunla evləniblər.
O zaman haqlı olaraq ortaya sual çıxır – nəyə görə padşahlar cariyələrlə evlənməyə üstünlük verirdilər?
Türk tarixçilərin iddiasına görə, Osmanlı İmperiyasında Fatehdən sonra cariyələrlə evlənmə ənənəsinin yaranması həm özləri, həm də dövlətləri üçün xeyli faydalı idi. Zənnimcə, bu məqama diqqətlə yanaşmaq lazımdır. Fatehin zamanında artıq Balkan yarmadasında hansısa bir krallıq qalmamış, Bizans İmperatorluğu tarixin arxivinə göndərilmiş, Anadolu bəylərbəylikləri də Osmanlı bayrağının altında birləşmişdi. Yəni çox güclü və çox böyük bir Osmanlı İmperiyası qurulmuşu. Artıq Osmanlı hökümdarı dünyanın ən güclü hökümdarları sırasında idilər və deməli, bu gücü təkcə müharibədə əldə etdikləri qələbələrlə deyil, həm də siyasi arenada nümayiş etdirmək məcburiyyətində idilər. Bununsa ən yaxşı yolu qohumluq əlaqələri idi. Lakin bu qohumluqların Osmanlının ilk illərindəki diplomatik tərəfdaşlıq əldə etmək məqsədi ilə reallaşan evliliklərlə eyniləşdirmək olmaz. İndi Osmanlı, sözün bütün mənalarında, diplomatiyada liderdir və artıq evlilik digər xanədanlar üçün həyati əhəmiyyət kəsb edirdi.
Bu evliliklər Osmanlı üçün təkcə qılınc gücünə deyil, həm də qohum olaraq həddindən böyük əraziyə malik imperiyanı sülhlə idarə etmək üçün də əhəmiyyətli idi. Yəni ərazinin böyüklüyündən asılı olaraq evliliklərin sayı da artırdı. Belə olan təqdirdə İmperator hər evliliyində hədiyyələr verməli, padşaha yaraşan toy-düyün etməli və deməli həm torpaq, həm də külli miqdarda var-dövlət itirməli idi. Səltənətini evliliklər yoluyla quran Osmanlı imperatorlarından bu ağılsızlığı gözləməyə dəyməzdi. Məhz cariyəlik sisteminə keçiddən sonra bu problem dərhal həllini tapır, imperatorlar əyalətlərdən gətirilən cariyələrlə evlənərək, həm qohumluq tellərini bərkidir, həm də torpaqdan pay vermək məcburiyyətindən azad olurlar.
İqbal və Hasəkilər...
Bundan əlavə, əgər imperatorlar cariyələrlə deyil, soylu xanımlarla evlənsəydilər, o zaman sarayda söz sahibinə çevriləcək daha bir nəsil, yaxud tayfa yaranacaqdı ki, bu da parçalanmalara səbəb olacaqdı. Amma Osmanlını tək bir nəsil idarə etməli idi və bütün imperatorlar bu həqiqəti bildikləri üçün cariyələrlə evlənərək 600 illik bölünməz Osmanlıya sahib olmuşdular.
Bundan əlavə, işin bir də xırda görünsə də imperatora layiqli xanım olmaq tərəfi də vardı. Cariyələr uzun illər sarayda yaşadıqları və hazırlandıqları üçün bütün ədəb-ərkan qaydalarını bilirdilər. Əlbəttə ki, İmperatora layiqli cariyə uzun illər ərzində seçilirdi. Qismən geri qalanlar isə şahzadələrin ixtiyarına verilirdilər. Bunların arasından gələcəkdə padşaha xanım ola biləcək keyfiyyətdə olanlar “Hazinədar Usta”nın sərəncamına verilirdilər. Onun vəzifəsi həmin cariyələri ən üstün səviyyədə yetişdirmək idi.
Bu isə o deməkdir ki, imperator heç bir zaman cariyələri görmürdü. Başqa sözlə, onun bütün cariyələrlə yataraq ən yaxşısını seçməsini iddia edənlərin də yanıldığı ortaya çıxır.
Xüsusi olaraq hazırlanan cariyələr hökümdarla yatdıqdan sonra hamilə qalardılarsa, onlara “İqbal” və ya “Hasəki” adı verilərdi. Dərəcələrinə görə “Baş iqbal”, “İkinci iqbal”, “Üçüncü iqbal”... adlandırılardılar. İqbalların sayı ən çox 7 ola bilərdi. “Hasəki Sultan” sözünün yerini zaman keçdikcə “Qadın” və ya “Qadın əfəndi” (Baş arvad) almışdır. Həm iqballar, həm də hasəkilər cariyəlikdən azad olunaraq saraydan çıxarılmaq təhlükəsindən xilas olurdular.
Hasəkiliyə yüksələn cariyələrə samur kürkü geydirilirdi. Əgər onlar oğlan doğmuş olsaydılar, “Hasəki Sultan” ünvanını qazanar və başlarına bahalı ləl-cəvahiratla işlənən tac qoyulardı. Bundan əlavə, hərəm qanunlarına uyğun olaraq onlara otaq, şagird (kalfa) və cariyələr verilərdi.
Osmanlı padşahlarının vəfatından sonra onun uşaq doğmamış, yaxud da oğlu ölən qadın və hasəkileri istəsəydilər dovlət qulluqçularından biri ilə evlənə bilərdilər. Bu ənənəyə də ilk dəfə Fatehin zamanında rast gəlinib. O, atasının dul qalmış arvadı Xədicə Sultanı atasının yaxın adamlarından olan İshakla evləndirib. Özünün boşadığı David Komnenosun qızını isə Zağanos Məhəmməd paşa ilə evləndirib. III Muradın ölümündən sonra uşaqsız olan iballar “Köhnə Saraya” göndərilib və daha sonra səviyyələrinə uyğun adamlarla evləndiriblər. Lakin çox iqbal və həqiqi padşah xanımları bu addımı atmammış, bunu İmperatorun adına təhqir kimi qəbul etmişlər.
Validə Sultan geri qayıdırdı...
Əri vəfat edən xanımlar “Köhnə saray”a yollanardılar və əgər İmperator olacaq oğulları yox idisə, ömürlərinin sonuna qədər orda yaşayardılar. Yox, əgər övladları padşah olardısa, onda yenidə Saraya qayıdar və Validə Sultan olaraq bir çox mühüm işlərin qulpundan yapışardılar.
Köhnə Saraydakı qadınlar həyatlarının qalan hissəsini ümumiyyətlə ibadətə verər, xeyrxaqlıqla məşğul olardılar.
Osmanlı padşahları arasında ən çox qadınla evlənən I Abdulməcid olub. Onun 11 qadın əfəndi, 8 iqbal və 3 görümcəsi olmaqla ümumilikdə 22 xanımı olub. Bununla yanaşı, Yavuz Sultan Səlim, II Səlim, III Mehmet, IV Murad və II Əhmədin – bir, Osman Qazi, Çələbi Sultan Mehmet, III Əhməd, II Osman və III Osmanın – iki xanımı olub. I Mustafanın isə xanımının olmadığı təsbit olunub.
Osmanlı Hərəminin ən məşhur qadını I Əhmədin xanımı, IV Muradın anası Kösəm Sultan (Mahpeyker Sultan) olub;
Evliliyi ən davam edən isə II Mehmetin 6-cı xanımı Anna Xatundur;
III Muradın Baş xanımı, III Mehmetlə, Ayşə Sultanın anası Safiyə Validə Sultan (Venedikli Baffo) isə cariyə olmasına baxmayaraq, Osmanlı hərəmində dövlət işlərinə ən çox qarışan qadın olaraq tarixə düşüb...
Vüqar Qurdqanlı
P.S. Yazıda bir çox internet resursunun materiallarından istifadə olunub.

3498 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024