Ayaz Mütəllibov: “Mən istefa verməmişəm...” – CİZGİLƏR
15 avqust 2011
10:53
Geriyə dönüşün mövcud olmadığı keçmişin, - “keçmiş” dediyim yaxın 20 ildir, - tam mənzərəsini yaratmaq sizə asan gəlməsin. İlham pərisinin küsüb getdiyi, qələmin ərindiyi, barmaqların kompüter klaviaturasını döyəcləyib yazmaq həvəsinin söndüyü isti yay günlərində köhnə boğçaları qurdalamağın heç yeri yoxdur. Amma vaxtında yazıya almadığım olayları kimsənin indi də kağıza, ya kompüterə köçürmək istəmədiyini görüncə özüm-özümə dedim: “Qoy yazım, məndən də gələcəyə bir xatirə qalsın...”
***
Əgər o keçmişi, lənətə gəlmiş keçmişi geriyə qaytarmaq mümkün olsaydı, mənim, sənin, onun, yəni bizim ümumi aqibətimiz eyni olacaqdı: oktyabryat, pioner, komsomol, partiya sıraları – kommunist; fəhlə, briqadir, sex rəisi, müəssisə direktoru; partiya məktəbi, təlimatçı, şöbə müdiri, MK katibi... Ayaz Mütəllibovun bütün bu mərhələlərdən keçmişdi.
Sonuncu feilə baxın: “keçmişdi”. Cümlənin xəbəri belə ötəni xatırladır...
***
Ayaz Mütəllibovun böyük iddialar adamı olmasını nə o vaxt, nə də indi düşünmürəm. 1990-cı ilin yanvarında, - gərək ki, 26-da, - Mərkəzi Komitədə keçirilmiş fövqəladə əhəmiyyətli iclasın protokollarını oxumuş bir jurnalist kimi deyirəm: Azərbaycanın yeni rəhbərinin müəyyən edildiyi həmin qapalı və gərginliyi ilə seysmik təkanı xatırladan toplantıda Ayaz Mütəllibov elə də iddialı görünmür və onun, namizədliyini sovet rəhbərliyi adından irəli sürən Yevgeni Primakovun gözündə ucalmaq cəhdləri çox sönükdür.
Cümləarası: 18 saylı həmin protokolu 1993-cü ildə Dövlət Arxivində tapmışdım və hərdən orta yaşlı rus arxivariusla replikalarla atışaraq sənəddən çıxarışlar edirdim. Mənim səlis rusca danışığım, deyəsən, onun xoşuna gəlmişdi. Baş Prokurorluğun xüsusilə mühüm işlər üzrə müstəntiqi otağa girib istintaq işi ilə bağlı eyni sənədlə tanış olmaq istədikdə, arxivarius gözucu mənə baxdı. Sonra min bir bəhanə gətirərək 18 saylı protokolu yalnız sabah ona təqdim edə biləcəyini dedi. Beləcə, xeyirxahımın yardımı ilə axşamadək mühüm partiya sənədinin üzünü ixtisarlarla köçürə bildim.
***
Yenə həmin iclasa qayıdıram.
İclas iştirakçılarının ümumi rəyi Həsən Həsənovun xeyrinə idi, amma sovet rəhbərliyinin seçiminə sədd çəkəcək iradə çatmadı. Və Ayaz Mütəllibov hələ də isti yaralarına göz yaşları ilə məlhəm qoyulan Azərbaycanın rəhbəri oldu.
Yeni rəhbərin seçimimi deyim, yaxud təyinatımı, divin canı şüşədən çıxan vaxta təsadüf edirdi. Həmin dönəmdə SSRİ miqyasında keçirilən referendumda Azərbaycan İttifaqın tərkibində qalmağa “səs verdi”. Mixail Qorbaçovun müəmmalı ev dustaqlığı və dövlət çevrilişi cəhdi zamanı Azərbaycan lideri xuntaçılara dəstəkçi oldu. Amma erməni separatçılarının mövqelərinə ciddi zərbə vuran “Çaykənd əməliyyatı” və s. Ayaz Mütəllibovun xeyrinə olan tərəzinin o biri gözünə daş qoydu. Və düzünü demək gərəkdirsə, Moskvayla, Kremllə bir sıra danışıqlardan sonra Ayaz Mütəllibov iqtidarının Dağlıq Qarabağda Azərbaycan nəzarətini bərqərar etmə şansı vardı. Separatizmin caynaqlarını qayçılamaq, yəni fəaliyyətini az-çox məhdudlaşdırmaq işində daxili işlər naziri Məhəmməd Əsədov və DTK sədri Vaqif Hüseynovun səylərini kölgədə qoymaq isə lap insafsızlıq olardı. Dağlıq Qarabağda separatçıların gözüqırpıq olmuşdu, bölgədə təlaş yaşanırdı.
***
İndi bəzən deyirlər ki, o iqtidarın çatışmayan cəhəti mili təəssübün azlığı, yaxud ümumən yoxluğudur. Ola bilər ki, bu qənaətdə müəyyən həqiqət var. Amma deyək ki, bu var, di gəl ki dörd divar arasında, çənbərdə ola-ola qəlbin milli eşqlə gecə-gündüz yansın, yansın... sonu nə olacaq? Kül olub heçliyə üfürülmə. Və siyasət və ümumiyyətlə siyasi ustalıq nə deməkdir? Mövcud imkanlar daxilində mövcud olmayan imkanları tapa bilmək. Burada hisslər, o cümlədən milli, təbii ki, ikinci plandadır. Ehtiraslar praqmatikliyin ayaqaltısıdır. Mən belə anlayıram, belə düşünürəm.
Ayaz Mütəllibova gəlincə, o öz iqtidarında xarizma sahibi deyildi. Üstəlik, onun hər an tapdalayıb keçməyə hazır olan rəqiblərinin nəfəsini kürəyində daim duyurdu. Müxalifətdən gələn dəstəklə hakimiyyət iddiası sonralar bir qədər soyumuş Həsən Həsənov və daha qətiyyətli, işinin ustası Vaqif Hüseynov (Xalq Cəbhəsini bilərəkdən hesaba almıram. Onun aparıcı liderləri arasında iqtidara gəlişlə bağlı fərqli planlar vardı). Qarakənd üzərində helikopter qəzasında komandasının bir hissəsi həlak olandan sonra Ayaz Mütəllibov parlaq simaları seyrəlmiş komandasına yox, qaragüruha daha çox dayaqlanmağa başladı. Ağa Axundov, Hacı Əbdül kimi küçə liderlərinin ayaqları altına qırmızı xalıların sərilməsi cəmiyyətdə ikrahla qarşılanmaya bilməzdi. Amma bu, görünən mənzərənin hələ bir üzüdür...
O dövrdə atılacaq yeganə düzgün addım milli dialoq, qarşılıqlı güzəştlər prosesi və etimad mühitinin yaradılması ola bilərdi. Amma məntiq və zəka arxa həyətin zibilliyinə atılmışdı, xalq – sıravi vətəndaşından tutmuş həm bu cəbhəli, həm o cəbhəli siyasi liderlərinəcən – bütövlüklə siyasi ehtiras, hakimiyyət iddiası, milli duyğularla manipulyasiya və ifrat populizmin çaldığı havaya oynayırdı. Xalq, - qoy adıyla deyim, - havalanmışdı...
***
Xatirə: Ayaz Mütəllibovun yanından-böyründən heç zaman əskik olmayan Vüsal Əfəndiyev tipli jurnalistlər “7 gün”də hər zaman qıcıq oyadırdı. Və bir gün qərara gəlindi: prezidentdən müsahibə götürülməlidir. Tərs suallarla Ayaz Mütəllibovun ölkəni xaos və bölünmədən necə çıxacağını bilmək, əlbəttə, maraqlı idi. Lakin ondan müsahibə almaq istəyinə Prezident Aparatından “Sualları yazılı göndərin” cavabı gəldi. Protokol müsahibəsi “7 gün”ə gələndə gözümə inana bilmirdim. Makinada yığılmış mətndə o qədər düzəliş vardı ki! Vərəqləri çap sexinə göndərib mətni linotipdə yığdırdıq. Prezidentlə müsahibə dərc edildi, lakin səhifədən qara-qura təliqənin fotosu boylanırdı. Ertəsi gün prezidentin mətbuat katibi Elçin Mehrəliyev zəng edib bütün qəzəbini üstümüzə tökdü. Amma bir iş də var ki, hakimiyyətdən getdikdən sonra “İstefamın tarixçəsi” adlı memuarların da Ayaz Mütəllibov məhz “7 gün”də dərc olunmasına razılıq verdi.
Memuarlarda bir maraqlı məqam var: etirazçı kütlənin dörd tərəfdən mühasirəyə aldığı parlament binasında Ayaz Mütəllibov gərginliyə dözə bilmir. İttihamlardan sarsılmış prezident üçün təcili yardım çağırırlar. Həkimlər prezidentə sakitləşdirici iynə vururlar. Memuarların bu hissəsində Ayaz Mütəllibov incə eyhamla ona vurulan iynələrin tərkibini şübhəyə alır...
***
Daşaltı əməliyyatı, Kərkicahan, Xocalı... vətəndaşlarını qoruya bilməyən prezidentə qarşı istefa tələbi tam əsaslıdır. Amma ordusu, silahı-sursatı, topu-topxanası olmayan ölkənin dövlət başçısı vətəndaşını necə qorumalıdır? Yalın əlləmi?..
Parlament binası ətrafında qurulan çadırları da, əlbəttə, unutmuş deyilsiniz. Yəqin ki, elə bunu da: “Ali Sovetin növbədənkənar sessiyası çağırılır”. Beş dəqiqə sonra diktor yenidən efirə çıxıb televiziya ilə elan verir: “Ali Sovetin sessiyası təxirə salınır”.
Xocalı faciəsini araşdıran komissiyanın ilkin nəticəsi əsasında Ayaz Mütəllibovun vəzifəsində bərpa olunması eyni dərəcədə anlaşılmazdır. Axı bu necə olur, əvvəlcə istefa verilir, sonra deyilir: “Mən istefa ərizəsi yazmamışam”? Hələ bunu həyata keçirən adamların məntiqini demirəm. Ramiz Fətəliyevin açıqlamasından sonra Ayaz Mütəllibovun parlamentə gətirilməsi, kürsüyə çıxışı və hədələyici nitqi. Ardınca təbriklər, növbəyə düzülmüş kişilərin yeni-köhnə prezidentin yanağından “març-murç” öpüşləri...
Səhər zirehli maşınlar parlament binasına doğru hərəkət edəndə və avtomat atəşindən Bakıda vahimə düşəndə artıq bəlli idi ki, Ayaz Mütəllibov buna duruş gətirə bilməyəcək. Mərhum İlhüseyn Hüseynov – keçmiş milli təhlükəsizlik naziri – mənə etiraf etdi ki, həyəcan siqnalı səslənəndə prezident ona zəng edib: “Nə etmək mümkündür?” İlhüseyn Hüseynovun Ayaz Mütəllibova cavabı: “Mən yaşımın ahıl vaxtında qan tökə bilmərəm!..”
1992-ci ilin martında Ayaz Mütəllibovun istefa qərarını kişilik kimi dəyərləndirən Arif Hacılı isə xatırlayırdı ki, prezidentin Ağa Axundovun maşınına minərək necə qaçdığını öz gözləri ilə görüb. “Məsafə o qədər də uzaq deyildi. Ona avtomatdan atəş aça bilərdim”.
O vaxt söz çıxdı ki, Ayaz Mütəllibov Qaladakı hərbi aeroportdan Rusiyaya məxsus təyyarədə Azərbaycanı tərk edib. Hər necə tərk etdi. Haqqında cinayət işi açıldı. İndi də açıq qalır. Rusiyanın onu Azərbaycana təhvil verməsi – gözləməyin, olası iş deyil. Dövlət Dumasının xüsusi qərarı var. Rusiyaya aid sirlərin daşıyıcıları olan şəxslər heç bir dövlətə təhvil verilə bilməz.
***
Bu gedişin son olduğunu düşünməkdə nə qədər haqsızmışıq!
Ayaz Mütəllibov qayıtdı. Öz ayağı ilə. Rəsmən axtarışda ola-ola.
Əziz RZAZADƏ

2070 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024