Alma qaldı, dinozavrlar öldü - ARAŞDIRMA
7 iyul 2011
06:00
Dinozavrlar haqqında yazı yazmaq tapşırığını Baş redaktorumuz Qan Turaldan alanda barmağımı dişlədim. “Necə araşdırım”, “o yırtıcı məxluqların arasına necə girim” kimi suallara cavab tapmaq lazım idi. Uzun sözün qısası, birtəhər araşdırma apardım, böyük təhlükələrdən döndüm. Buyurun həmin araşdırmamı siz də oxuyun.
Xatırlatma: yazının altında dinozavrlarla fotolarım var. Qalan fotolar da mənə aiddir
Dinozavrlar 157,6 milyon il əvvəl dünya torpaqlarına hakim olan heyvanların ümumi adıdır. Söz yunan dilində “qorxunc kərtənkələ” mənasını verən iki sözün birləşməsindən əmələ gəlib. Bunun səbəbi keçmişdə elm adamlarının dinozavrları kərtənkələ cinsinə aid etmələridir. Dinozavrların ilk dəfə 230-225 milyon il əvvəl göründüyü ehtimal olunur. 65 milyon il əvvəl isə çox sayda dinozavr növünün nəsli tükənib.
Dinozavrların 157,6 milyon il qədər yaşamasının səbəblərini belə açıqlaya bilərik:
1. Ətraf mühitə uyğunlaşdılar.
2. Puflu və su keçirməz dəriləri sayəsində qorundular və quru qaldılar.
3. Sərt qabıqlı yumurtaları sayəsində balaları yaşadı.
4. O dövrdə yaşayan digər heyvanlara nisbətlə daha rahat getdiklərindən asanca yemək tapıb, düşmənlərindən qaçdılar.
5. Bəzi dinozavrlar ot, bəziləri də ət yediklərindən yemək çətinliyi çəkmədilər.
6. Zamanının ən güclü növlərindən biri olduqları üçün digər növdə heyvanlar onlara qarışmadılar.
Alimlərin araşdırmalarına görə, yer üzündə 850 növdə dinozavr mövcud olub. Bunlardan bitkilərlə bəslənərə “sauropod”, ət yeyənlərə isə “theropod” deyilir. Ən çox yayılanları ot yeyən dinozavr növündən olan “apatosaurus” və “brachiosaur” idi. Bunlar həm də yer üzünün ən böyük heyvanları hesab olunurlar.
Məsələn, “apatosaurus”un 30 ton ağırlığı və 21 metr uzunluğu var idi. Amma “t-Rex” nümunəsinin ən kiçiyinin 19,4 metr olduğu ehtimal olunur. Üstəlik, “carnotaurus” buynuzlu olub nadir növlərdən idi. Həm də onun “ceratosaurus” növünün kiçik ayaqları vardı, amma onlarla çox asan öldürə bilirdilər. Digər vegetarian dinozavrlar özlərini ət yetən dinozavrlardan qorumaq üçün xüsusui “silahlara” sahib idilər. Məsələn “triceratops” başındakı üç buynuzla, “ankylosaurus” çıxıntılı sümüklərlə qorunur, “styracosaurus” isə dara düşəndə quyruğundakı iti tikanlar köməyinə çatırdı.
Təbii ki, bütün dinozavrların ayaqları uzun deyildi. Bunlardan “deinonychus” və “oviraptor” nümunə kimi göstərilə bilər. Bu dinozavrlar həm sürətli, həm də yırtıcı olublar.
Ət yeyən dinozavrlar insanlar kimi arxa ayaqlarının üzərində gəzirdilər. Əlləri çox kiçik idi.
“Spinosaurus”, “Tyrannosaurus”, “Carnotaurus” kimiləri həddindən artıq böyük, “Compsognathus” kimiləri isə lap balaca idilər – təxminən 5,5 kq və 60 sm.
Dinozavrların yumurtaları olduqca qalın qabıqlı idi. Bu qabıq içəridəki balanı qoruyur və içindəki xüsusi bağ sayəsində bala güvən içində böyüyürdü.
Dinozavrlarla eyni dövrdə “pterosaurus”, “archaeopteryx” kimi uça bilən canlılar da var idi, amma onların dinozavrlarlara heç bir aidiyyatı yox idi. Eyni zamanda “ichthyosaurus” və “pleisiosaurus” kimi suda-quruda yaşayanlar da həmin dövrlərin canlıları arasındadır. Amma onlar da dinozavr deyildilər, sadəcə, böyük idilər.
Nəsilləri necə kəsildi?
Dinozavrların necə yox olduğuna dair bu günə qədər bir çox iddia ortaya atılıb. Keçmişdə dinozavrların qısa bir müddət ərzində kütləvi şəkildə yox olmaları uzun bir müddət açıqlana bilməmiş və vulkan partlamalarından ta dünyadakı iqlim dəyişikliklərinə qədər müxtəlif nəzəriyyələr ortaya atılmışdı.
1980-ci ildə isə Nobel mükafatlı fizik Luis Alvares və oğlu geoloq Ualter Alvares dinozavrların bir meteorit tərəfindən qırıldığını irəli sürdülər. Alvareslərin bu fikiri 80-ci illərin sonları və 90-cı illərin əvvəllərində elm adamları tərəfindən əsas iddia kimi qəbul olunub, sonralar isə yekdilliklə qəbul edilib. Araşdırmalar da bu fikiri sübut edib. İddialara görə, 65 milyon il əvvəl təxminən 10 km diametrində bir meteorit Yerə çırpılır. Toqquşma Meksikanın “Yukatan” yarımadası həndəvərində baş verib.
Saatda 54 min km sürəti olan meteoritin Yerə dəyməsindən sonra 200.000 km³ maddə buxarlanıb, ərimiş ya da yüzlərlə kilometr kənara sovrulub. Bu toqquşma nəticəsində canlı növlərinin 70%-i yox olub və 170 km diametrində dünyanın ən böyük kraterlərindən biri olan “Chicxulub” krateri əmələ gəlib.
Toqquşma nəticəsində 100 milyon meqaton tratilə ekvivalent enerjini ortaya çıxıb. Bunun nəticəsində yaranan toz təbəqəsi atmosferi örtüb, dünya aylarla qaranlıqda qalıb, istilik suyun donma dərəcəsinə qədər düşüb və turşu yağışları yağıb. Aylarla sürən bu qaranlıq və soyuq dövrdə bitkilərin fotosintez edə bilməməsi qida problemi yaradıb və nəticədə dinozavrların sonunu başlayıb. Dünya Günəş üzü görmədiyindən buz dövrü meydana gəlib. Dinozavrlar da beləcə yox olublar.
Son illər aparılan araşdırma nəticəsində məlum olub ki, yer üzündən silinən dinazorlar ilə alma arasında maraqlı bir bağ var imiş. Almanın ilk dəfə genetik xəritəsini hazırlamağı bacaran alimlər, aralarında dinozavrların da olduğu bir çox növün yer üzündən silinməsinə gətirib çıxaran fəlakət nəticəsində həyatda qala bilmək üçün almanın da genetik dəyişikliyə uğradığını düşünürlər.
İtaliyadakı “l'Instituto Agrario de San Michele all'Adige” tərəfindən beynəlxalq səviyyədə icra edilən və “Nature Genetics” jurnalında dərc olunan məqaləyə görə, 50 milyon il əvvəl “malus domestica”nın (alma) atası “Pyraea”nın genlərində meydana gələn bir “duplikasyon” (bir xromosomun bir parçasının o xromosom üzərində iki və ya daha çox sayda təkrarlanması - xromosom anomaliyası) xromosom sayının doqquzdan 17-ə qalxmasına səbəb olub.
“Rosaceae” ailəsindən olan şaftalı, moruq və çiyələyin 7 və ya 9 xromosomu var, eyni ailədən olan almanın isə 17. Həmin dəyişiklik 50-65 milyon il əvvəl meydana gəlib. “Bunun, xüsusilə dinozavrların da aralarında olduğu bir çox növün yer üzündən silinməsinə gətirib çıxaran kütləvi qırılmaya qarşı həyatda qalma refleksi olduğunu düşünürük” deyən alimlər, qovaq kimi başqa növlərin də oxşar təkamül keçdiyini ifadə edirlər.
Vüqar Qurdqanlı

4981 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024