Vinsent van Qoqun 180 milyon dollar dəyərində qiymətləndirilən əsəri ətrafında sənət dünyasında ciddi mübahisə yaranıb.
Kulis.az xəbər verir ki, yəhudi naşir Samuel Fişerin varisləri rəssamın “Châtaigniers en fleurs” adlı tablosunun “Sotheby’s” hərracından çıxarılmasını tələb edirlər.
Ailə əsərin nasist təqibləri dövründə məcburiyyət altında satıldığını iddia edir.
1890-cı ildə çəkilmiş tablo Nyu-Yorkdakı hərrac həftəsinin ən bahalı əsəri hesab olunur. Varislərin fikrincə, ailənin Avropadan köçərkən əmlakını özü ilə aparmasına qoyulan məhdudiyyətlər satış qərarına təsir edib. “Sotheby’s” isə əsərin mülkiyyət tarixçəsinin geniş araşdırıldığını və restitusiya məsələlərinə ciddi yanaşıldığını bildirib.
Hərrac evi tablonun noyabrın 18-də satışa çıxarılmasının hələ də planlaşdırıldığını təsdiqləyib.