J.K. Roulinqin məşhur romanı əsasında hazırlanan və hələ yayımlanmadan qızğın müzakirələrə səbəb olan "HBO" nun yeni "Harry Potter" serialından paylaşılan növbəti klip internetdə etirazlara səbəb olub.
Kulis.az xəbər verir ki, Con Litqounun canlandırdığı Dambldorun Böyük Zala daxil olduğu anı əks etdirən yeni kadrlar izləyicilər tərəfindən həddən artıq "cansız" və "süni" qiymətləndirilib.
Seriyanın pərəstişkarları yeni layihənin vizual estetikası və atmosferi ilə orijinal filmlərin sehrindən çox uzaqda olduğunu vurğulayaraq, klipi sosial mediada satirik şəkildə "Temu Harry Potter" adlandırıblar.